Ölkə futbolu
“Azərbaycana uyğun futbolçu deyiləm”
“Azərbaycan üçün uyğun futbolçu deyil?…
“Azərbaycan üçün uyğun futbolçu deyiləm”. Futbolinfo.az xəbər verir ki, bunu “Sent-Conston” klubunun yarımmüdafiəçisi Devid Uoterspun deyib.
Şotlandiya mətbuatına geniş müsahibə verən 27 yaşlı futbolçu əlifba sıralamasına görə müəyyən edilən 26 sualı cavablandırıb. Şotlandiya gənclər millisinin sabiq üzvünə verilən ilk sual isə Azərbaycanla bağlı olub.
“Vikipedia sizin Azərbaycanda oynaya biləcəyinizi yazır. Bu əlaqə hardandı” sualına cavab verən Uoterspun bunun doğru informasiya olmadığını söyləyib: “Həmin sayta müdaxilə etmək mümkündü və bu xəbər də yanlışdı. Mən Azərbaycana uyğun futbolçu deyiləm. Onu deyə bilərəm ki, anam Kanadada anadan olub”.
Qeyd edək ki, Devid Uoterspun 2013-cü ildən “Sent-Conston”un formasını geyinir. Apasport
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-09 13:53
“Azərbaycanda həm yaxşı pul qazandım, həm də hörmət”