Bizi izləyin

Ölkə kuboku

Azərbaycan Kubokunda finalçılar müəyyənləşir

Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinə yekun vu…

blank

Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinə yekun vurulacaq. Futbolinfo.az xəbər verir ki, yarışda mübarizəni davam etdirən komandalar cavab matçlarını keçirəcəklər. 

Üz-üzə gələcək hər iki cüt əvvəllər də kubokda qarşılaşıb. Söhbət "Neftçi" – "Qarabağ" və "İnter" – "Qəbələ" duellərindən gedir. İlk oyunlardan sonra demək olar ki, finala hansı komandaların yüksələcəyi bəllidi. Topaz Premyer Liqasında da "at oynadan" "Qarabağ"la "Qəbələ" səfərdə rəqibləri üzərində inamlı qələbəyə sevinib. Bu komandaların doğma meydanda bu cür üstünlüyü əldən verəcəyinə inanmaq çox çətindi. Lakin təbii ki, sürpriz də istisna edilmir.

Azərbaycan Kuboku
Yarımfinalın cavab oyunları

30 mart (cümə axşamı)

16:30. “Qəbələ” – “İnter”
blankblank
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Nahid Əliyev, Rəvan Həmzəzadə.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Asim Xudiyev.
Qəbələ şəhər stadionu.
İlk oyun – 3:1.

Günün ilk oyununda "İnter" səfərdə "Qəbələ" ilə qarşılaşacaq. Kubokda yolları ikinci dəfə kəsişən komandaların ilk dueli 8 il əvvəl baş tutub. İndiki kimi 2008/09 mövsümündə də rəqiblər yarımfinalda görüşüb. Hər komandanın öz meydanında qalib gəldiyi dueldə mərhələ adlayan “İnter” olub. Belə ki, "Qəbələ" öz meydanında 2 cavabsız qolla qalib gəlsə də, Bakıdakı 0:5 hesablı darmadağın bu komandanın finala yolunu kəsib. 

Bu dəfə isə "Qəbələ"nin finala adlamaq şansları daha yüksək qiymətləndirilir. Əvvəla, Roman Qriqorçukun çalışdırdığı bölgə təmsilçisi bu rəqibini səfərdə 3:1 hesabıyla məğlub edib və bakılılar mərhələ adlamaq üçün Qəbələdə ən azı 3 cavabsız qol vurmalıdı. Hansı ki, bu da mümkünsüz görünür. Üstəlik, bölgə təmsilçisi cari mövsümdə Premyer Liqada da daha inamlı çıxışı ilə seçilir və hətta çempionluq uğrunda mübarizə aparır. "İnter" isə sadəcə, 3-cü pillədəki mövqeyini qorumaq barədə düşünür. Düzdü, məhz çempionatdakı şansları az olduğuna görə, Zaur Svanadzenin yetirmələrinin kuboka daha böyük məsuliyyətlə yanaşacaqları, uğur qazanmaq üçün əllərindən gələni edəcəkləri gözlənilirdi. Amma reallıq ondan ibarətdir ki, "Qəbələ" həm maddi imkanlarına, həm də heyət baxımından "İnter"dən bir addım öndədi və finala çıxmaq şanslarının çox olması da bunun bariz nümunəsidi.

Bu mövsüm Premyer Liqadakı oyunlarda "İnter"in "Qəbələ" ilə bacarmaması da dediklərimizin təsdiqi sayıla bilər. Düzdü, birinci və ikinci dövrədəki oyunlarda qalib müəyyənləşməyib. Qəbələdəki oyunda hesab açılmadığı halda, "İnter Arena"dakı növbəti matçda 1:1 hesabı qeydə alınmışdı. Üçüncü dövrədə Bakıda baş tutan görüşdə isə "Qəbələ" iki cavabsız qolla səfərdə qalib gəlmişdi.

19:30. “Qarabağ” – “Neftçi”
blankblank
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Orxan Məmmədov. 
AFFA nümayəndəsi: Eldar Qasımov. 
Hakim-inspektor: Xaqani Məmmədov. 
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.
İlk oyun – 2:0.

Yarımfinalın digər dueli milli çempionatlarımızın daimi iştirakçıları olan əzəli rəqiblər – "Neftçi" və "Qarabağ" arasındadı. Son iki mövsümün finalçıları bu dəfə yarımfinalda qarşılaşdı. Ölkə kubokunda ən çox üz-üzə gələn cütlüyün yolları 12-ci dəfə kəsişib. Əvvəlki 11 duel çərçivəsində 19 matç baş tutub. 7 dəfə “Qarabağ”, 4 dəfə “Neftçi” cütün qalibi olub. Ümumilikdə isə ağdamlılar 10, rəqibi 5 dəfə qalib gəlib.

Elə bu dəfə də "Qarabağ" mərhələni adlamağa daha şanslı görünür. Hər halda Premyer Liqada avrokuboklara vəsiqə qazanmaq şansını da itirən bakılılarla müqayisədə Ağdam klubu ardıcıl dördüncü çempionluq uğrunda mübarizə aparır. Məhz bu səbəbdən Qurban Qurbanovun çalışdırdığı komandanın kuboka Premyer Liqa qədər böyük önəm verməyəcəyini gözləmək olardı. Amma rəqibindən xeyli güclü olan son ölkə çempionunun səfərdə bu rəqibini iki cavabsız qolla məğlub etməsi kubokdan da asanlıqla vaz keçmək arzusunda olmadığını bir daha isbatladı.

Halbuki, ağdamlılardan fərqli, "Neftçi" üçün ölkə kuboku daha böyük önəm daşıyır. Çünki Premyer Liqada mövsümü boşa verən "ağ-qaralar" bütün ümidini bu turnirə bağlayıb. Kuboku hamıdan daha çox (6 dəfə) qazanan paytaxt təmsilçisi bu il də həlledici oyuna vəsiqə qazanmağı hədəfləyib. Amma rəqib son mövsümlərin dəyişməz lideri "Qarabağ"dı. Üstəlik, ilk oyundakı 0:2 hesablı məğlubiyyətin əvəzini çıxmaq da çox çətin görünür. "Neftçi"nin əzəli rəqibi ilə mübarizədə nə dərəcədə möcüzə edə biləcəyi böyük maraq doğurur.

Qeyd edək ki, Premyer Liqada bu mövsüm baş tutan oyunlarda da "Qarabağ"ın üstünlüyü var. Birinci dövrədə Ağdam klubu ev oyununda 3 cavabsız qola sevinmişdisə, ikinci dövrədə səfərdə 2 cavabsız qolla qalib gəlmişdi. Yalnız üçüncü dövrədəki qarşılaşmada 1:1 hesabı qeydə alınıb.

Reklam

Reklam


blank
Dünya futbolu2024-05-01 00:57

ÇL: “Bayern” və “Real”dan ilk oyunda məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-30 23:44

“Xırdalan” pley-offa qələbə ilə başladı

blank
Ölkə futbolu2024-04-30 22:31

Yüksək Liqada 20-ci turun təyinatları açıqlandı

blank
Ölkə futbolu2024-04-30 19:33

AFFA və UEFA-nın keçirdiyi turnirə yekun vuruldu

blank
Digər idman növləri2024-04-30 19:10

“Prezident Kuboku” reqatasının rəsmi paradı keçirilib

blank
Ölkə futbolu2024-04-30 18:51

“Füzuli”dən “Şahdağ Qusar”la məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-30 18:27

Şəhriyar Məmmədyarov reytinqdə gerilədi, Teymur Rəcəbov yüksəldi

blank
Dünya futbolu2024-04-30 18:00

İngiltərə çempionatında yeni rekord

blank
Digər idman növləri2024-04-30 17:38

Azərbaycan birinciliyi keçiriləcək

blank
Dünya futbolu2024-04-30 17:19

“Cenoa” norveçli futbolçunu birdəfəlik alır

blank
Digər idman növləri2024-04-30 17:00

Azərbaycanı Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək

blank
Digər idman növləri2024-04-30 16:40

Formula 1-in konsert proqramında Stinq və Eminem olacaq

blank
Digər idman növləri2024-04-30 16:22

Maykl Cordan basketbolçular tərəfindən də dahi sayıldı

blank
Digər idman növləri2024-04-30 16:05

MBA-nın iki oyunu Parisdə keçiriləcək

blank
Dünya futbolu2024-04-30 15:48

Danimarkalı futbolçu “Milan”ı tərk edir

blank
Ölkə futbolu2024-04-30 15:31

Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib

blank
Milli komanda2024-04-30 15:14

Millimiz Slovakiya yığması ilə yoldaşlıq oyunu keçirəcək

blank
Ölkə futbolu2024-04-30 15:00

Azarkeşlər hakimi döymək istədilər, AFFA cəzalandırdı

blank
I Liqa2024-04-30 14:45

“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza

blank
Digər idman növləri2024-04-30 14:32

Mayamidə “Mersedes” və Ferstappen arasında danışıqlar olacaq

blank
Digər idman növləri2024-04-30 14:17

81 boksçu Gəncədə yarışdı

blank
Dünya futbolu2024-04-30 14:02

Sançodan Bundesliqada yeni rekord

blank
Layihə2024-04-30 13:45

Bölgələrdə voleybolun inkişafı naminə: Gəncə nümunəsi

blank
Dünya futbolu2024-04-30 13:31

Super Liqa klubunda yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-30 13:17

Millimizin üzvündən qol ötürməsi

blank
Digər idman növləri2024-04-30 13:02

Türkiyəli baş məşqçiyə 35 min avroluq cərimə

blank
Ölkə futbolu2024-04-30 12:47

Qəbələdə son nöqtə, “Zirə” üçün “soyuq duş”

blank
Digər idman növləri2024-04-30 12:32

Basketbol Liqasında pley-off oyunları start götürür

blank
Digər idman növləri2024-04-30 12:18

Azərbaycanın şahmatçıları AÇ-də xüsusi mükafata layiq görülüb

blank
Digər idman növləri2024-04-30 12:01

Mingəçevir “Prezident Kuboku”na hazırdır

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm