Ölkə futbolu
Elxan Abdullayev: "Günahımı bilirəm"
"Neftçi"nin baş məşqçisi Elxan Abdullayev &…
"Neftçi"nin baş məşqçisi Elxan Abdullayev "Kəpəz"lə matçdan sonra mətbuat konfransı keçirib. O, ilk öncə oyun haqda fikirlərini bildirib.
– Belə meydançada oynamaq çətindi. Təəssüf ki, müdafiədə səhvlər oldu və qollar vuruldu. Meydan amili hər iki komanda üçün eyni idi. Kim qol vursa, o da qələbə qazanacaqdı. 1-ciyə baxmalıyam, amma 2-ci penalti təmiz idi.
– Heyətlə bağlı kəskin dəyişməsinin səbəbi nədir?
– Zədəlilər çox idi. Bəhanə axtarmıram. Navalovski iynəylə oynadı, Ruslan Abışov da zədəlidi. Petrovda, Dreksada problemlər var, hazır deyillər. Bir heyətlə ardıcıl 3 oyun oynaya bilmirik.
– Komandanı 7-ci pillədə təhvil almışdız, yenidən həmin mövqeyə qayıtdız. Bundan sonrakı hədəf nədi?
– Yenə irəliləmək. Qarşıda oyunlar var, daha yüksək pilləyə qalxmağa çalışacağıq.
– Rəqib qələbəyə layiq idi?
– Udublarsa, deməli, layiq idilər.
– Zədəlilər, meydan amili və s. Özünüzdə nə günah var?
– Özümdə o vaxt səhv görərdim ki, meydan yaxşı, heyət optimal olsun. Sözüm bəhanə kimi çıxmasın. Demirəm ki, günahım yoxdu. Var, özüm bilirəm. Məsuliyyəti boynumdan atmıram, ondan qaçmıram. Səhvləri düzəltməyə çalışacam.
– Zədəlilərininzin çox olmasının səbəbi nədi?
– Qrafik. Heyətimiz geniş deyil. Bir ara 10 günə 3-4 oyun keçirdk, problemlər ortaya çıxdı. Heyətdə 28-30 futbolçu olmalıdı.
– "Forza Neftçi"ni tribunada görəndə təəccüblənmədiz?
– O mövzunu açmaq istəmirəm. Onlarla yeganə problem odu ki, təhqir edirlər. Tənqid etsinlər, istefamı istəsinlər, amma söyməsinlər.
VÜSAL MAHMUDOV, Gəncə
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib