Müsahibə
Şahin Diniyev: "Hamı hesabı düşünürdü"
"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Topaz Prem…
"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı 2:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
– Hər iki komanda üçün axırıncı şanslar idi. 3 xal vacib idi. Rəqib güclüdü, yaxşı oyunçuları var, sadəcə, uyğunlaşmaq üçün zamana ehtiyacları var. İlk yarıda pressinq edib, nəticə qazandıq, fasilədən sonra əks-hücumlara üstünlük verdik. Daha 3 çətin oyunumuz qalıb, sonadək döyüşəcəyik.
– Matçın sonlarında komanda sanki "oturmuşdu"…
– Əks-hücumda oynadıq. Bundan başqa, nəticədən irəli gələn psixoloji durum da var idi. Hamı hesabı düşünürdü.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Premyer-liqa2024-05-04 18:23
“Kəpəz”dən “Sumqayıt”la əzmkar heç-heçə
- Digər idman növləri2024-05-03 16:28
“Prezident Kuboku”: Azərbaycan səkkizinci medalı qazandı
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu