Ölkə futbolu
İnfantinodan “bomba açıqlaması”
FİFA prezidenti Canni İnfantino ötən gün Almaniyada baş …
FİFA prezidenti Canni İnfantino ötən gün Almaniyada baş verən bomba partlayışı hadisəsinə münasibət bildirib. Qurum rəhbəri hazırda FİFA-nn hər bir işçisinin fikrinin Dortmund əhalisi və "Borussiya" ilə "Monako"nun azarkeşlərinin yanında olduğunu dilə gətirib.
İnfantino hadisə zamanı yaralanan futbolçu Mark Bartraya şəfa diləyib və vəziyyətini yaxından izlədiklərini deyib. Hazırda Dortmundda baş verən hadisə FİFA-da müzakirə olunur.
Qeyd edək ki, Çempionlar Liqasının 1/4 finalında keçirilməli olan "Borussiya” – "Monako” matçı bu gün baş tutmalıdı.