Ölkə futbolu
"Monako"dan səfər qələbəsi, almanlar üçün qara gecə – YENİLƏNİB
Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin da…
Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin daha 3 oyunu baş tutub. Dortmundda baş vermiş partlayış səbəbindən bir gün sonraya təxirə salınan “Borussiya” – “Monako” matçı ilə yanaşı, “Atletiko” (İspaniya) – “Lester” (İngiltərə) və “Bavariya” (Almaniya) – “Real” (İspaniya) görüşləri də keçirilib.
İlk öncə “Borussiya” və “Monako” çıxıb. "Knyazlıq klubu" səfər qələbəsi ilə mövsümün sürpriz komandası olduğunu növbəti dəfə sübut edib. Bu, həm də dortmundluların 32 oyunluq evdə məğlubiyyətsizlik seriyasına son qoyub.
Daha sonra günün proqram üzrə baş tutmalı olan iki qarşılaşma oynanılıb. Çempionlar Liqasının son finalçısı “Atletiko” İngiltərə çempionu “Lester”i sınağa çəkib və penaltidən vurduğu yeganə qola sevinib.
“Bavariya” ilə “Real”ın Münhendəki dueli daha maraqlı alınıb. Almanlar erkən qol vurub, daha sonra penalti qazanıb. Lakin hesabı açan Arturo Vidal bu şansı qaçırıb. Fasilədən sonra isə madridlilər vəziyyəti dəyişib. Kriştiano Ronaldonun dubl etdiyi matçda almanların azlıqda qalması da yekun nəticəyə təsir edib.
Çempionlar Liqası
1/4 final mərhələsi, ilk oyunlar
12 aprel
“Borussiya” (Dortmund, Almaniya) – “Monako” (Fransa) 2:3
Qollar: Dembele, 57. Kaqava, 84 – Mbappe, 19; 79. Bender, 35 (öz qapısına).
Baş hakim: Daniele Orsato (İtaliya)
Dortmund, “Siqnal İduna Park”
“Atletiko” (İspaniya) – “Lester” (İngiltərə) 1:0
Qol: Qrizman, 27 (pen.)
Baş hakim: Yonas Eriksson (İsveç)
Madrid, “Visente Kalderon” stadionu
“Bavariya” (Almaniya) – “Real” (İspaniya) 1:2
Qollar: Vidal, 25 – Ronaldo, 47; 77.
Baş hakim: Nikola Ritsoli (İtaliya)
Münhen, “Alyans Arena”