Ölkə futbolu
“Real”dan “Real”a kimi
Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları …
Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları “Bavariya”nın seriyasının qırılması ilə əlamətdar oldu. Münhenlilər qitənin ən nüfuzlu klub turnirində 3 ildən sonra ev məğlubiyyəti aldı.
“Real”a 1:2 hesabı ilə uduzan meydan sahibləri sonuncu dəfə 2014-cü il aprelin 29-da evdə yenilmişdi. Həmin vaxt da Madrid təmsilçisinə məğlub olan “Bavariya” daha acınacaqlı nəticəyə üzülmüşdü – 0:4. 3 ilə yaxın müddətdə almaniyalılar Çempionlar Liqasında 16 məğlubiyyətsiz ev oyunu keçirib. “Bavariya” bu matçların hamısında qalib gəlib.