Ölkə futbolu
Fərid Quliyev oynamadı, komandası darmadağın oldu
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 10-cu turun oyu…
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 10-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Quliyevin çıxış etdiyi “Kahramanmaraşspor” klubu da bu gün növbəti matçına çıxıb.
Həmyerlimizin komandası səfərdə “İstanbul BB” ilə qarşılaşıb. Meydan sahibləri darmadağınla qalib gəliblər.
Futbolçumuzun bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Təəssüf ki, Quliyev bu oyunda da heyətə düşə bilməyib.
Qeyd edək ki, “Kahramanmaraşspor” hazırda cəmi 2 xal toplaya bilib və sonuncu – 19-cu pillədə qərarlaşıb.
Türkiyə PTT Birinci Liqası
10-cu tur
26 oktyabr
İstanbul BB – Kahramanmaraşspor – 3:0
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-25 09:04
11 illik “Qarabağ” tilsimi davam etdi