Bizi izləyin

Premyer-liqa

Təbriklər, "Qarabağ"! Təşəkkürlər, "Qəbələ"!

Topaz Premyer Liqasında daha bir mövsümün sonuna &cced…

blank

Topaz Premyer Liqasında daha bir mövsümün sonuna çatırıq. Hələ bitimə daha 2 tur var, 8 oyun izləyəcəyik, amma çempion da bəllidi, digər mükafatçılar da.

"Qarabağ" layiq olduğu çempionluğu 26-ı turda rəsmiləşdirdi. "Kəpəz"in "Qəbələ"ni yenməsinin ardından ağdamlılar "İnter"i darmadağın edib, arzusuna çatdı. Həm də ardıcıl 4-cü qızıl medalla ölkə rekordunu təzələyən Qurban Qurbanovun yetirmələri taxtda qalmağı bacardı.

8 komandalı, iddialı komandanın az olduğu Azərbaycan çempionatında qalib olmaq bəlkə də böyük uğur sayılmaz. Amma bu, tarixdi və "Qarabağ" istənilən halda, hamıdan yaxşı olduğunu isbatladı. "Atlılar" Qurbanovun vaxtındakı çempionluqlarından ən zövqsüzünü yaşadı. Çünki bu heyət əvvəlkilərlə müqayisədə ən zəifi, oyun planında bəlkə də ən axsağı idi. Lakin bu da hədəfə çatmağa əngəl olmadı.

"Qarabağ" istəyinə birnəfəsə çatmadı. Ağdamlılar "Qəbələ"nin timsalında ciddi rəqiblə mübarizə apardı və yalnız daha təcrübəli olması üzündən ən incə məqamlarda, həlledici anlarda hədəfdən yayınmadı. Söz-söhbətlər, qalmaqallar, narazılıqlar arxada qaldı və heç biri ağdamlıların 1-ci pillədə dayanmasının səbəbi deyil. "Qarabağ" əsas rəqibləri ilə matçlarda xeyli xallar itirsə də, digərlərinə acımadı, xalları topladı və zirvədə qaldı. Bu komandanı yalnız təbrik etmək və avrokuboklarda uğur arzulamaq lazımdı.

Elitayla vidalaşmasına baxmayaraq, AZAL, eləcə də "Sumqayıt", "Kəpəz" və "Zirə" çempionun müəyyənləşməsində böyük rol oynadı. Bu komandalar "Qarabağ"la müqayisədə "Qəbələ"dən daha çox xal qopardılar. "İnter" isə əksinə, ağdamlılara cəmi 4 xal verdiyi halda, Roman Qriqorçukun yetirmələrinə qarşı bir o qədər uğurlu ola bilmədilər. Beləcə şəxsi oyunlarda ağdamlılardan üstün olan "Qəbələ" məhz digər oyunlardakı büdrəmələrə görə gümüş medallarla kifayətləndi.

Qışdan, xüsusilə "Qarabağ"ın heyətindəki ciddi itkilərdən sonra çempionluğa inamı artan "Qəbələ" bəlkə də gec ayılmasına, mövsümün əvvəlində daha güclü heyət formalaşdırmadığına görə qızıl medalları qazana bilmədi. Komandanın oturmuş heyətinin olmaması, aparıcı fiqurların dəyişməsi də hədəfdən yayınmanın səbəblərindən biridi. Xüsusilə aparıcı yerli oyunçuların azlığı həlledici məqamlarda sözünü dedi. Cavid Hüseynovdan məlum səbəblərdən lazımınca istifadə edə bilməyən "Qəbələ"yə təcrübə azlığı da mane oldu.

Bütün bunlara baxmayaraq, "Qəbələ" son turlara kimi "Qarabağ"a layiqli rəqib kimi diş göstərdi. Bəlkə də Qriqorçukun yetirmələrinin sayəsində Premyer Liqada intriqa son turlaradək qaldı, ağdamlıların diqtəsini görmədik. Ölkə futboluna fərqlilik gətirdiyinə görə də ildən-ilə nəticələrini yaxşılaşdıran əyalət təmsilçisinə təşəkkür düşür. Yola davam etmək, əldə olanı qorumaq və daha da böyümək üçün bünövrəni zədələmədən ciddi əlavələr etmək lazımdı.

İndi ölkənin 2 ən güclü komandasını kubokun final matçı gözləyir. Son turlardakı formal oyunlarda hər iki komanda Naxçıvandakı dueli düşünəcək. Nəticə nə olursa-olsun, hər iki kollektivin ölkə futbolunda çəkisi var və onlar dəbi müəyyənləşdirən kollektivlərdi. Hər ikisini qorumaq, dəstək olmaq, avrokuboklarda yenə yanaşı zəfərə yürüdüklərini görmək lazımdı. Çempionluğa görə "Qarabağ"a təbrik, layiqli mübarizəyə görə "Qəbələ"yə təşəkkür düşür.

AĞA

Reklam

Reklam


blank
Dünya futbolu2024-05-17 02:03

“Barselona”dan inamlı qələbə

blank
Dünya futbolu2024-05-17 00:25

Şeydayevin komandası Super Liqaya vəsiqə şansını itirdi

blank
Digər idman növləri2024-05-17 00:07

Azərbaycan yığması Avropa çempionatının qalibi oldu

blank
Dünya futbolu2024-05-16 23:31

İsgəndərlinin komandası Türkiyə Super Liqasına vəsiqə qazana bilmədi

blank
Digər idman növləri2024-05-16 22:18

Final seriyasının ilk oyununda darmadağın

blank
Digər idman növləri2024-05-16 21:51

Serbiya Gimnastika Federasiyasının prezidenti Bakıda “ustad dərsi” keçib

blank
Ölkə futbolu2024-05-16 21:11

“Sabah” Abşerondan 52 uşaq seçdi

blank
Digər idman növləri2024-05-16 20:19

Ferstappen ən çox qazanan 20 idmançı sırasına düşdü

blank
Dünya futbolu2024-05-16 20:00

Finaldan əvvəl Lenni Kravits çıxış edəcək

blank
I Liqa2024-05-16 19:39

Çempionun adına son turda aydınlıq gələcək

blank
Premyer-liqa2024-05-16 19:18

“Turan Tovuz”un şikayəti təmin edilmədi

blank
Digər idman növləri2024-05-16 19:00

Azərbaycan millisi Qızıl Avropa Liqasına hazırlığı başa vurdu

blank
Ölkə futbolu2024-05-16 18:46

“Turan Tovuz”un məşqçi və rəsmilərinin Niderland səfəri başa çatıb

blank
AÇ-20242024-05-16 18:30

Almaniya millisinin AÇ-2024 üçün heyəti açıqlandı

blank
Dünya futbolu2024-05-16 18:11

“Sevilya” rekordçusu ilə yolları ayıracaq

blank
Digər idman növləri2024-05-16 17:54

Süni intellekt mərc operatorlarının qazancını xeyli artırıb

blank
Digər idman növləri2024-05-16 17:37

Azərbaycan millisi dünya çempionatında iştirak edəcək

blank
Digər idman növləri2024-05-16 17:20

Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək

blank
Digər2024-05-16 17:02

“Netflix” Olimpiada haqqında 3 serial çəkəcək

blank
Müsahibə2024-05-16 16:45

Dabo “Qəbələ”yə görə məyusdur: “Onların getməsi yaxşı olmadı”

blank
Dünya futbolu2024-05-16 16:27

İstanbul derbisinin baş hakimi açıqlandı

blank
Dünya futbolu2024-05-16 16:10

Navas “Sevilya”dan ayrılır

blank
Dünya futbolu2024-05-16 15:55

Alleqri jurnalisti hədələyib: “Gəlib hər iki qulağını qoparacağam!”

blank
Digər idman növləri2024-05-16 15:40

AÇ-də iştirak edəcək Azərbaycan gimnastları açıqlandı

blank
Digər idman növləri2024-05-16 15:23

Olimpiada Parisə 10 milyarddan çox mənfəət gətirəcək

blank
Ölkə futbolu2024-05-16 15:15

“Klubda çalışan hər bir kəsin nəticələrdə əməyi var” – “Kəpəz”in kapitanı

blank
Ölkə futbolu2024-05-16 15:01

“Sabah”ın məşqçisinə 5 oyunluq cəza

blank
Digər idman növləri2024-05-16 14:44

Millimizdən ilk oyunda qələbə

blank
Digər idman növləri2024-05-16 14:29

Ağdaşda xatirə turniri

blank
Premyer-liqa2024-05-16 14:14

AFFA Premyer Liqada əcnəbi VAR hakimləri olacağını təsdiqlədi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm