Ölkə futbolu
Qurban Qurbanov mükafatlandırma mərasiminə qatılmadı – FOTO
Topaz Premyer Liqanın 27-ci turunun “Qarabağ” – &l…
Topaz Premyer Liqanın 27-ci turunun “Qarabağ” – “Sumqayıt” oyunundan sonra 5-ci dəfə Azərbaycan çempionatının qalibi adını qazanan Ağdam klubuna qızıl medallar verilib. Futbolinfo.az xəbər verir ki, komandanın üzvlərinə mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və “Qarabağ”ın sahibi Abdulbari Gözəl təqdim ediblər.
Qeyd edək ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mükafatlandırma mərasimini kənardan izləyib və medalını almayıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Q.Qurbanovun anası dünyasını dəyişib. Onun məhz bu səbəbdən mükafatlandırmaya qatılmadığı bildirilir. (qol.az)
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq
- Ölkə futbolu2024-05-15 15:38
AFFA 6 kluba lisenziya verdi
- I Liqa2024-05-15 16:12
Məmmədov: “Premyer Liqaya vəsiqə qazanmasaq, bizim üçün faciə sayılacaq”
- Müsahibə2024-05-15 08:00
Xvalko qərarını verməyib: “Həmin anda nəsə deməyin xeyri olmayacaqdı”