Müsahibə
“Emin Mahmudov yenidən Rusiyaya qayıda bilər”
"Mahmudovun "Boavişta" ilə 1 illik müqaviləsi v…
"Mahmudovun "Boavişta" ilə 1 illik müqaviləsi var və heç kim onu qovmur. Ancaq reallıq budu ki, futbolçu az oynayır və oyun praktikasından əziyyət çəkir. Buna görə də Eminin başqa kluba keçmək ehtimalı yüksəkdi. Hətta yenidən Rusiyaya qayıda bilər".
Futbolinfo.az xəbər verir ki, bu sözlər millimizin futbolçusu Emin Mahmudovun agenti Aleksandr Manyakova məxsusdu. Rusiyanın “Sovetski Sport” nəşrinə müsahibə verən Manyakov futbolçunun gələcək karyerasından danışıb. O bildirib ki, Mahmudov karyerasını Avropada davam etdirmək niyyətindədi:
"Emin üçün əsas prinsipial məsələ oyun praktikasıdı. Əlbəttə ki, öncə Portuqaliya klublarından olan təklifləri dəyərləndirəcəyik. Artıq ailəsi də onunla birlikdədi və ölkəni çox sevirlər. Biz ya onun transfer hüququnu “Boavişta”dan alacağıq, ya da icarə üçün variantlar axtaracağıq. Portuqaliya alınmasa, Rusiyadan gələn təkliflərə baxacağıq".
Agent bildirib ki, Mahmudov mövsümün sonuna qədər "Boavişta"nın bir neçə oyununda iştirak edəcək:
"Son matça start heyətində başladı. Məncə, meydanda olduğu müddətdə pis oynamadı. Ümid edirəm ki, o, mövsümün son 5 oyununda da oynamaq şansı qazanacaq. Əsas məsələ ələ düşən imkanlardan maksimum istifadə etmək və yeni mövsümə ciddi hazırlaşmaqdı".
Qeyd edək ki, Mahmudov bu mövsüm “Boavişta” forması ilə meydana çıxdığı 8 oyunda 1 qol vurub.