Dünya futbolu
Argentina millisində yeni baş məşqçi!
Argentina millisinin yeni baş məşqçisinin kimliyinə aydınl…
Argentina millisinin yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlib. Futbolinfo.az xəbər verir ki, bundan sonra yığmanı Xorxe Sampaoli çalışdıracaq.
Bu haqda məlumatı Argentina Futbol Federasiyasının prezidenti Klaudio Tapiya verib:
“Yığmanın yeni baş məşqçisi kimi Sampaolini seçdik. Ancaq “Sevilya” ilə də yaxşı münasibətlərimizi qorumaq istəyirik. Ona görə də bu məsələ ilə bağlı danışıqlara İspaniya çempionatı başa çatandan dərhal sonra başlayacağıq”.
Qeyd edək ki, Sampaolinin “Sevilya” ilə müqaviləsi gələn ilin yayında başa çatır. Müqavilə şərtlərinə görə, 57 yaşlı çalışdırıcı 1,5 milyon avro kompensasiya müqabilində müqaviləyə xitam verə bilər.