Premyer-liqa
“Kəpəz” Gəncədə məşqə çıxdı
Topaz Premyer Liqasının 2016/17 mövsümünün son t…
Topaz Premyer Liqasının 2016/17 mövsümünün son turunda Gəncə şəhər stadionunda “İnter”i qəbul edəcək “Kəpəz” bu gün Nizami yurduna gəlib. Futbolinfo.az xəbər verir ki, qarşıdakı oyuna hazırlığın əsas hissəsini Bakıda keçirən “sarı-göylər” son məşqə matçın reallaşacağı arenada çıxıb.
Hazırlıq prosesi uzun sürməyib. Təxminən 45-50 dəqiqə ərzində futbolçular məşqçilər korpusunun verdiyi yüngül tapşırıqlar üzərində çalışıblar.
Məşq mətbuat və azarkeşlər üçün açıq xarakter daşıyıb.
Qeyd edək ki, “İnter” ilə oyunda Ceyhun Cavadov “Kəpəz”ə kömək edə bilməyəcək. AZAL-a qarşı görüşdə sarı vərəqə limitini dolduran yarımmüdafiəçi cəzalı duruma düşüb. Eyni səbəbdən ötən turu buraxan Vüqar Bəybalayev isə sıraya dönüb.
“Təyyarəçilər” ilə matçda zədələnən Kərim Diniyevin durumu tam olaraq bəlli deyil. Onun oynayıb-oynamayacağına matç saatı qərar veriləcək.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…