Dünya futbolu
Emin Nurinin komandası ilk qələbəsini qazandı
Futbol üzrə İsveç çempionatında 6-cı turun oyun…
Futbol üzrə İsveç çempionatında 6-cı turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin komandası – "Kalmar" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda lider "Halmstad" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.
Start heyətdə meydana çıxan Emin sonadək meydanda olub.
Qeyd edək ki, geridə qalan turlarda 5 xal toplayan "Kalmar" hazırda 16 komanda arasında 15-ci pillədədi.