Dünya futbolu
Millimizin forvardı oynamadı, komandası biabır oldu
Futbol üzrə Türkiyə Super Liqasında 29-cu turun oyunları…
Futbol üzrə Türkiyə Super Liqasında 29-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın komandası – "Bursaspor" da növbəti matçına çıxıb.
Bursa klubu doğma meydanda "Qalatasaray"la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan biabırçı məğlubiyyətlə ayrılıb – 0:5.
Yılmaz bu görüşün iştirakçısı olmayıb.
Qeyd edək ki, "Bursaspor" hazırda 35 xalla 18 klub arasında 13-cü pillədə qərarlaşıb.