Ölkə futbolu
Vaqif Cavadovun fərqi
Vaqif Cavadov Azərbaycan Premyer Liqasının başa çatan m&oum…
Vaqif Cavadov Azərbaycan Premyer Liqasının başa çatan mövsümündə tarixə düşüb. 28 yaşlı hücumçu mövsümün gedişində iki klubda qol vuran yeganə oyunçu olub.
Çempionatın ilk iki dövrəsində çıxış etdiyi “Sumqayıt”da 3 dəfə rəqib qapılarına yol tapan forvard qışda AZAL-a keçib. Paytaxt klubunda da 1 qol vuran Cavadov hesabını 4-ə çatdırıb.
İki komandada oynamaq imkanı qazanan digər 6 futbolçu isə bunu bacarmayıb. Onlardan biri – Sadiq Quliyev (“Qəbələ”ylə “Zirə”) ümumiyyətlə, rəqib qapısına yol tapmayıb (apasport).
Digər 5 oyunçu isə formasını geydiyi iki klubdan birində fərqlənsə də, o birində sərrastlıq nümayiş etdirə bilməyib.
Üç oyunçu qış fasiləsinədək oynadığı komandada qol vurduğundan mövsümün ikinci yarısında da fərqlənmək imkanı olub. Lakin Ağabala Ramazanov (“İnter”lə “Qarabağ”), Araz Abdullayev (“Neftçi” ilə “Qəbələ”) və Ruslan Abışov (“İnter”lə “Neftçi”) Cavadov ola bilməyib. Abışov 5, Ramazanov 4, Abdullayev 3 qolunun davamını yeni komandada gətirə bilməyib.
Ruslan Qurbanov (“Neftçi” ilə “Qəbələ”) və Namiq Ələsgərov (“Qarabağ”la “Neftçi”) isə əksinə, ilk klubundakı susqunluğa komandasını dəyişdikdən sonra son qoyub. Ruslan 4, Namiq 2 dəfə rəqib qapısına yol tapıb.