Ölkə futbolu
AZAL-ın taleyi necə olacaq?
AZAL-ın taleyinə hələ də aydınlıq gəlməyib. Futbolinfo.az xə…
AZAL-ın taleyinə hələ də aydınlıq gəlməyib. Futbolinfo.az xəbər verir ki, mövsümü Topaz Premyer Liqasının sonuncusu kimi tamamlayan “təyyarəçilər”in yaşayıb-yaşamayacağı bəlli deyil.
Əslində, komanda yeni mövsümə I divizionda başlamalıdı. Amma AZAL-da vəziyyət başqadı: komanda ya elitada qalacaq, ya da ümumiyyətlə, olmayacaq.
Gəzən söz-söhbətlərə aydınlıq gətirmək üçün AZAL-ın meneceri Eldəniz Yusifovla əlaqə saxladıq. Lakin o da dəqiq bir cavab verə bilmədi: “Bu həftə bütün məsələlərə aydınlıq gəlməlidi. Rəhbərlik komandanın taleyi haqda bir qərar verəcək. Mənə heç nə bəlli deyil, gözləyirik. Hansı yarışda oynayacağımız sponsorlardan asılıdı”.