Ölkə futbolu
Yenə “Bursaspor”, yenə Prosineçki
“Bursaspor”un baş məşqçisi Mutlu Topçu &l…
“Bursaspor”un baş məşqçisi Mutlu Topçu “Qalatasaray”a 0:5 hesabı ilə uduzduqları oyundan sonra istefa verib. Futbolinfo.az xəbər verir ki, “ağ-yaşıllar” bu gözlənilməz ayrılıqdan sonra komandanın “sükanı arxasına” aşağı yaş qruplarında çalışan Adnan Örneki gətirib.
Lakin klub rəhbərliyi növbəti mövsüm üçün baş məşqçi axtarışlarını davam etdirir. Türkiyə mətbuatının yazdığına görə, onların siyahısında ilk yeri Azərbaycan millisinin xorvatiyalı çalışdırıcısı Robert Prosineçki tutur. Bursa təmsilçiləri bu həftə xorvat çalışdırıcı ilə görüşəcək. Əgər razılaşma alınmasa, “ağ-yaşıllar” Sərgən Yalçınla danışıqlara başlayacaq.
Qeyd edək ki, bu, Bursa klubu ilə Prosineçkinin adının birgə hallandığı ilk xəbər deyil. Artıq bir ildi belə xəbərlər çıxır, Prosineçki təkzib edir, lakin yenədə “nağıl” bitmir.