Premyer-liqa
AFFA mövsümün son cəzalarını açıqladı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar çıxarılıb:
Topaz Premyer Liqasının 28-ci turunun “Kəpəz” – “İnter” matçında “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 28-ci turunun “Sumqayıt” – “Qəbələ” matçının 50-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Akşin Hüseynov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub.
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 28-ci turunun AZAL – “Zirə” matçının 63-cü dəqiqəsində AZAL-ın futbolçusu Tural İbrahimov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub.
Birinci Divizionun 26-cı turunun MOİK – “Göyəzən” matçının 47-ci dəqiqəsində MOİK-in futbolçusu Rafiq Kərimov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.