Bizi izləyin

Ölkə futbolu

Vahabzadə heyəti Prosineçkinin məsləhəti ilə müəyyənləşdirib

“Mayın 1-dən təlim-məşq toplanışına başlamışıq. D&uu…

blank
“Mayın 1-dən təlim-məşq toplanışına başlamışıq. Düzdü, arada 3-4 günlük də bir araya gəlsək də, tam heyətlə toplana bilməmişik”. Futbolinfo.az saytının məlumatına görə, bu sözləri 23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Yaşar Vahabzadə deyib.
 
Yığmamız mayın 8-də start götürəcək İslam Həmrəyliyi Oyunlarına hazırlığını davam etdirir. Vahabzadə bu gün təşkil etdiyi mətbuat konfransında komandanın hazırkı durumundan və qarşıya qoyulan hədəflərdən danışıb.
 
Hazırlığın gedişindən razılıq bildirən baş məşqçi komandanın tam tərkibdə olmamağından gileylənib: “Hələlik 16 futbolçu ilə gündə 2 dəfə hazırlıq keçirik. Uşaqlar yarışın məsuliyyətini dərk edirlər. Ona görə də hər birimiz turnirə ciddi hazırlaşırıq. Əsas çətinlik bəzi futbolçularımızın bizimlə birgə olmamasıdı. Onlar da Azərbaycan kubokunun finalında qarşılaşacaq “Qarabağ”la “Qəbələ”nin futbolçularıdı. Həmin oyunçular mayın 6-da komandaya qoşulacaqlar”.
 
Vahabzadə turnirdə ilk hədəflərinin qrup səddini aşmaq olduğunu vurğulayıb: “Mətbuatdan da oxumuşuq ki, artıq oyunlarımıza bilet qalmayıb. Əsas məqsədimiz yaxşı oynamaq və qrupdan çıxmaqdı. Bundan sonrasına həmin vaxt baxarıq”.
 
U-23-ün çalışdırıcısı 23 yaşdan yuxarı futbolçuların seçimi zamanı əsas yığmadakı həmkarı Robert Prosineçki ilə məsləhətləşdiyini bildirib: “Millinin futbolçularının U-23-də oynaması üçün Robert Prosineçkinin icazəsi olmalıdı. Çünki onları bizim üçün vacib olan Şimali İrlandiya ilə oyun gözləyir. Mən bir məşqçi kimi həmin komandadan çox futbolçu istəyərdim. Amma onların da hazırlığını nəzərə alaraq, Kamran Ağayevlə bağlı bu mövqedə qaldım. Ruslan Abışova gəlincə, Prosineçki ilə də məsləhətləşdik ki, müdafiədə bir lider futbolçu kifayətdi. Abışovun İslamiadanın səfiri olmasının heyətə düşüb-düşməməsinə heç bir təsiri yoxdu”.
 
“Qarabağ” və “Qəbələ” mayın 5-də ölkə kubokunun finalında qarşılaşacağından, bu komandaların üzvləri kollektivə gec qoşulacaqlar. Vahabzadə bu amilin sistemin formalaşması baxımından mənfi təsir edəcəyini etiraf edib. Ancaq o, həmin oyunçuların heyətə hazır vəziyyətdə qatılacaqlarına ümid edir: “Əlbəttə ki, sistemi tam formalaşdırmaqda problem olacaq. Amma həmin futbolçuların hamısı öz klubunda müntəzəm məşq edib və yığmaya hazır gələcək. Düşünürəm ki, fiziki durumları da qaydasında olacaq. Üstəlik, bir çoxunun təcrübəsi var. Rəşad Sadiqov, Tellur Mütəllimov, həmçinin “Qarabağ”da çıxış edən futbolçular mövsümboyu oynayanlardı. Düzdü, bir az çətinlik olacaq. Müdafiədən hücuma çıxmaqda Rəşad Sadiqovun təcrübəsinə böyük inamım var. İki gün vaxtımız olacaq. Çalışacağam ki, bu müddətdə komandanı ilk matça tam şəkildə hazırlayaq”.
 
Yaşar Vahabzadə Premyer Liqanın bombardiri olan “İnter”in hücumçusu Rauf Əliyevin kənarda qalmasına da aydınlıq gətirib. O, hücumda bacarıqlı gənclərin olduğunu əsas gətirərək, bu addımı atdığını deyib: “İlkin heyətə “İnter”dən oyunçular çağırmışdım. Ancaq zədəli olduqları üçün komandaya qoşula bilmədilər. 3 nəfər yaşlı futbolçu seçmək hüququm var idi. Mirabdulla Abbasov “Sumqayıt”ın heyətində çox yaxşı mövsüm keçirdi. Mahir Mədətov da gənc və perspektivli futbolçudu. Oyunu ilə yığmaya dəvət almağa layiq olduğunu düşünürəm. Bu üzdən limiti hücum xətti üçün ayırmaq istəmədim”.
 
Çalışdırıcı komandamızın qərarlaşdığı qrupu da dəyərləndirib. O, ilk görüşün Kameruna qarşı olmasının çətinliyindən də danışıb: “Düzdü, rəqibləri hələ görməmişik. Amma ad baxımından ən çətin komandalar bizə düşdü. Adətən, ilk oyunlar çətin keçir. Çünki futbolçularda həyəcan olur. Kamerun yığmasının ayın 5-də “Sumqayıt”la yoldaşlıq görüşünü izləyəcəm. Səudiyyə Ərəbəstanı və Mərakeşin oyununu da ilk turda görəcəyik. Ümumiyyətlə, rəqiblərin kimliyindən asılı olmayaraq, bütün qarşılaşmalarda öz bacarığımızı nümayiş etdirməyə çalışacağıq. Qrupumuzdakı komandaların heyətlərinə nəzər yetirmişik. Çağırılan oyunçuların adları elə də tanış deyil. Amma bildiyim qədərilə Kamerunun heyətində “Monako”, “Kayzerslautern” kimi klublardan oyunçular var. Bakıya skautların da gələcəyini nəzərə alsaq, o futbolçuların məhz bu turnirdən sonra daha da populyarlaşacaqları istisna deyil” (apasport).
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-03 01:03

Avroliqa: “Bayer”dən Romada qələbə, Marseldə heç-heçə

blank
Ölkə futbolu2024-05-02 23:47

Klublar Komitəsinin iclasında müzakirə olunan məsələlər bilindi

blank
Digər idman növləri2024-05-02 23:00

İlk yarımfinalçı bəlli oldu

blank
Milli komanda2024-05-02 22:45

“Prezident Kuboku”: İkinci günün qalibləri mükafatlandırıldı

blank
Milli komanda2024-05-02 22:27

Millimiz Belarus yığmasına uduzdu

blank
Digər idman növləri2024-05-02 20:00

Azərbaycanlı cütlük “Prezident Kuboku”nda üçüncü oldu

blank
Dünya futbolu2024-05-02 19:37

Fransa klubunda baş məşqçi ayrılığı

blank
Ölkə futbolu2024-05-02 19:11

“Sabah” bu bölgələrdə 22 futbolçu seçdi – VİDEO

blank
I Liqa2024-05-02 18:54

“Qaradağ Lökbatan” və “Şamaxı”dan inamlı qələbə

blank
Dünya futbolu2024-05-02 18:36

Rusiya millisi üçün yeni rəqib

blank
Dünya futbolu2024-05-02 18:18

Benzema yenidən “Real”ın düşərgəsinə qayıtdı

blank
Digər idman növləri2024-05-02 17:59

Azərbaycanın daha bir idmançısı “Prezident Kuboku”nda medal qazandı

blank
Dünya futbolu2024-05-02 17:37

Millimizin sabiq üzvü “Əl-İttihad”la müqavilə bağladı

blank
Digər idman növləri2024-05-02 17:19

İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib

blank
Ölkə futbolu2024-05-02 17:00

Yüksək Liqada mövsümə yekun vuruldu

blank
Ölkə futbolu2024-05-02 16:43

Martinsdən təşəkkür: “Növbəti mövsüm daha yaxşı olacaq”

blank
Digər idman növləri2024-05-02 16:26

Azərbaycan avarçəkəni “Prezident Kuboku”nun qızıl medalını qazandı

blank
Digər idman növləri2024-05-02 16:09

Gəncədə Açıq Qərb Kuboku

blank
Müsahibə2024-05-02 15:51

Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır

blank
Digər idman növləri2024-05-02 15:34

Senna İmolada yad ediləcək

blank
Digər idman növləri2024-05-02 15:17

“Anadolu Efes”in baş məşqçisi məlum oldu

blank
Digər idman növləri2024-05-02 15:00

Abdullayeva Estoniyada “Prezident Kuboku”nun ən yaxşı hakimi seçildi

blank
Premyer-liqa2024-05-02 14:45

“Turan Tovuz” – “Zirə” oyununun biletləri satışda!

blank
Ölkə futbolu2024-05-02 14:31

Klublar Komitəsinin iclası keçirilib

blank
Dünya futbolu2024-05-02 14:16

Oblakın əvəzinə gürcü qapıçı

blank
Dünya futbolu2024-05-02 14:02

“Yuventus” onu İtaliyaya qaytarır

blank
Dünya futbolu2024-05-02 13:46

ÇL-də həftənin futbolçusu adına namizədlər müəyyənləşdi

blank
Digər idman növləri2024-05-02 13:30

“Həm hücumda, həm də müdafiədə aqressiv oyun sərgilədik”

blank
Digər idman növləri2024-05-02 13:12

“Neftçi” və “Xırdalan”ın pley-offda ikinci görüşü

blank
Dünya futbolu2024-05-02 12:57

Ranqnik “Bayern”dən imtina etdi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm