Ölkə futbolu
AZAL-ın dağılmasından vitse-prezidentin xəbəri yoxdu
Azərbaycan Premyer Liqasında 2016-17 mövsümünü s…
Azərbaycan Premyer Liqasında 2016-17 mövsümünü sonuncu pillədə başa vuran AZAL klubu fəaliyyətini rəsmən dayandırıb. “Təyyarəçilər” maddi-texniki təminat və infrastrukturla “Zirə”yə dəstək vermək qərarına gəlib.
Məsələ ilə bağlı “apasport” AZAL-ın vitse-prezidenti Vaqif Qasımovun fikrini öyrənməyə çalışıb. Ancaq Qasımov səhhətindəki problemi əsas gətirərək, danışmaqdan imtina edib. Maraqlısı burasındadı ki, vitse-prezident baş verən hadisələrdən məlumatsız olduğunu söyləyib: “Mənim heç nədən xəbərim yoxdu. Xəstə yatıram, yataqdayam. Hazırda sistem altındayam. Bu vəziyyətdə də danışa bilmirəm”.
Qeyd edək ki, AZAL 2005-ci ildən bəri Premyer Liqada çıxış edib, indi isə “3 yaşlı uşağ”a calaq edilir.