Ölkə futbolu
Şüvəlanda məskunaşıb, Zirədə oynayacaqlar
Bu gün rəsmi fəaliyyətinə son qoyan AZAL-ın mirası “Z…
Bu gün rəsmi fəaliyyətinə son qoyan AZAL-ın mirası “Zirə”yə qismət olacaq. Bu haqda klubun rəsmi saytında yazılan bəyanatdan aydın olur ki, şüvəlanlılar maddi-texniki bazası ilə “qartallar”a “dəstək verəcək”.
Detalları dəqiqləşdirmək üçün “Zirə”nin mətbuat xidmətinin rəhbəri Elman Himayətoğlu ilə əlaqə saxladıq: “Biz sadəcə, bazanın maddi-texniki təminatı və infrastrukturundan yararlanacağıq. Komanda burada məskunlaşacaq, amma ev oyunlarını əvvəlki kimi Zirə Olimpiya İdman Kompleksinin meydançasında oynayacaq. Bunun heç bir maddi qarşılığı olmayacaq, sadəcə, kömək məqsədi ilə bizə verilib. 2 gündü bu məsələ ilə bağlı danışıqlar aparılır. Söhbət birdən ortalığa çıxdığına görə hələ ki, tam təfərrüatları ilə məsələyə aydınlıq gəlməyib”.