Ölkə futbolu
“Şəmkir” Premyer Liqada! – ÖZƏL
Növbəti mövsüm Topaz Premyer Liqasında iştirak edəc…
Növbəti mövsüm Topaz Premyer Liqasında iştirak edəcək komandalardan birinin kimliyinə aydınlıq gəlib. Futbolinfo.az xəbər verir ki, bu “Şəmkir”di. AZAL-ın dağılması dəqiqləşən kimi oni əvəz edəcək klublardan biri dəqiqləşib.
Artıq bununla əlaqədar yaxın günlərdə rayonda stadionun tikintisinə start veriləcək. Belə ki, Şəmkir Olimpiya İdman Kompleksində böyük təmir işləri aparılacaq, tribunaların yenidən tikiləcəyi gözlənilir. Stadionun azarkeş tutumu 5-7 min arası olacaq. Tikinti işlərini yerli şirkətlərdən biri ilə Türkiyənin “Çapaçin” şirkəti aparacaq.
Klubun əsas problemi stadion məsələsi olduğundan, indi “Şəmkir”in Premyer Liqaya vəsiqə qazanması üçün əngəl qalmır. Daha yuxarı yerləri tutmuş komandaların lisenziya tələbləri ilə bağlı kifayət qədər çatışmazlığı olduğundan qərblilərin elitada görünmək şansı daha realdı. Artiq AFFA-dan da “Şəmkir”ə qeyri-rəsmi razılıq verilib. Buna görə də klub işə girişib.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza