Bizi izləyin

Ölkə futbolu

46-cı ölü

Fəaliyyətini dayandırdığı rəsmən açıqlanan AZAL Peşə…

blank
Fəaliyyətini dayandırdığı rəsmən açıqlanan AZAL Peşəkar Futbol Klubunun ömrü 21 il sürüb. 1996-cı ildə Azərbaycan Beynəlxalq Gənclər Komitəsi (AMMK) eyniadlı futzal klubu yaradıb. Hazırda menecer fəaliyyəti ilə tanınan Kamil Məmmədovun təsisçisi və prezidenti olduğu klub 2004-cü ilə qədər kiçik meydanlarda mübarizə aparıb. Komanda hətta avrokuboklarda, UEFA kubokunda da mübarizə aparıb.
 
2004-cü ildə klub yaşıl meydanlara “köçüb”. Həmin vaxt I dəstədə çıxış edən U-17 ilə birləşən AMMK Şakir Qəribovun baş məşqçiliyi altında aşağı liqada mübarizəyə başlayıb. Məhz birləşmə ilə futbol həyatına başlayan klub 13 il sonra “Zirə”yə birləşmə ilə fəaliyyətinə son verib.
 
İlk mövsümdə güclülər dəstəsinə yüksələn komanda rəhbərliyini, təsisçilərini, adını, bir sözlə, hər şeyini dəyişdi. 2005-ci ildə “Xəzər Lənkəran”la qarşılaşma (0:2) ilə Premyer Liqa tarixinə start verən “Olimpik” adı altında çıxışlara başladı.
 
Tarixinin ən uğurlu mövsümü 2007/08 olan paytaxt təmsilçisi uzun müddət lideri olduğu yarışın qızıl medallarını son turda “Qarabağ”a uduzmaqla əldən verib. Gümüş mükafatçı 2008/09 mövsümündə UEFA kubokunda qüvvəsini sınayıb və ilk cəhddə Serbiya “Voyvodina”sına yenilib – 0:1, 1:1.
 
2009-cu ilin yayında adını yenidən dəyişən klub bu dəfə “Olimpik-Şüvəlan”a çevrilib. Amma bir ildən sonra yenidən adını dəyişən paytaxt təmsilçisi bu dəfə AZAL-a dönüb (apasport).
 
Lakin bu komanda ötən əsrin 90-cı illərinin əvvəllərində fəaliyyət göstərən AZAL deyil, eyni adda ikinci klub kimi tarixə düşüb.
 
2010/11 mövsümündə 4-cü olan bakılılar Avropa Liqasına yüksəlib. 2011-ci ilin yayında “Minsk”lə görüşlər də avrokubok qələbəsi gətirməyib – 1:1, 1:2. Maraqlıdı ki, UEFA AZAL-ın şirkət adı olması səbəbindən klubu “Olimpik” olaraq tanımaqda davam edib. Bu, bakılıların 4 matçlıq avrokubok macəralarının sonuncusu olub ki, 2 heç-heçəsi olan komanda eyni sayda məğlubiyyət alıb.
 
Bundan sonrakı illərdə çempionatda nəticələri enişə doğru gedən AZAL ciddi nailiyyət əldə etməyib. Ümumiyyətlə, 2005-ci ildən başlayan 12 mövsümlük elita macəraları 362 oyundan ibarət olub. Bu müddətdə 127 qələbə qazanan komanda 104 heç-heçə edib və 131 dəfə uduzub. Paytaxt təmsilçisi 379 qol vurubsa, 380 top buraxıb.
 
Premyer Liqadakı 12 mövsümdə komandanı Stepan Çordaş, Peter Kurçubiç, Əsgər Abdullayev, Nazim Süleymanov, Elxan Abdullayev, Rafiq Mirzəyev, Vaqif Sadıqov və son 3 mövsümdən artıq dövrü bu postda keçirən Tərlan Əhmədov çalışdırıb.
 
AZAL ölkə kubokunda ən yaxşı halda yarımfinalda oynayıb. Bu da 2009/10 və 2010/11 mövsümlərinə təsadüf edib.
 
Qeyd edək ki, AZAL Azərbaycan klublarının “qəbiristanlığında” yeni simadı. İndiyədək Premyer Liqada oynamış 58 komandadan yalnız 12-si peşəkar fəaliyyətini davam etdirir. AZAL güclülər dəstəsinin 46-cı ölüsüdü.
Reklam

Reklam


blank
Digər idman növləri2024-04-30 23:44

“Xırdalan” pley-offa qələbə ilə başladı

blank
Ölkə futbolu2024-04-30 22:31

Yüksək Liqada 20-ci turun təyinatları açıqlandı

blank
Ölkə futbolu2024-04-30 19:33

AFFA və UEFA-nın keçirdiyi turnirə yekun vuruldu

blank
Digər idman növləri2024-04-30 19:10

“Prezident Kuboku” reqatasının rəsmi paradı keçirilib

blank
Ölkə futbolu2024-04-30 18:51

“Füzuli”dən “Şahdağ Qusar”la məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-30 18:27

Şəhriyar Məmmədyarov reytinqdə gerilədi, Teymur Rəcəbov yüksəldi

blank
Dünya futbolu2024-04-30 18:00

İngiltərə çempionatında yeni rekord

blank
Digər idman növləri2024-04-30 17:38

Azərbaycan birinciliyi keçiriləcək

blank
Dünya futbolu2024-04-30 17:19

“Cenoa” norveçli futbolçunu birdəfəlik alır

blank
Digər idman növləri2024-04-30 17:00

Azərbaycanı Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək

blank
Digər idman növləri2024-04-30 16:40

Formula 1-in konsert proqramında Stinq və Eminem olacaq

blank
Digər idman növləri2024-04-30 16:22

Maykl Cordan basketbolçular tərəfindən də dahi sayıldı

blank
Digər idman növləri2024-04-30 16:05

MBA-nın iki oyunu Parisdə keçiriləcək

blank
Dünya futbolu2024-04-30 15:48

Danimarkalı futbolçu “Milan”ı tərk edir

blank
Ölkə futbolu2024-04-30 15:31

Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib

blank
Milli komanda2024-04-30 15:14

Millimiz Slovakiya yığması ilə yoldaşlıq oyunu keçirəcək

blank
Ölkə futbolu2024-04-30 15:00

Azarkeşlər hakimi döymək istədilər, AFFA cəzalandırdı

blank
I Liqa2024-04-30 14:45

“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza

blank
Digər idman növləri2024-04-30 14:32

Mayamidə “Mersedes” və Ferstappen arasında danışıqlar olacaq

blank
Digər idman növləri2024-04-30 14:17

81 boksçu Gəncədə yarışdı

blank
Dünya futbolu2024-04-30 14:02

Sançodan Bundesliqada yeni rekord

blank
Layihə2024-04-30 13:45

Bölgələrdə voleybolun inkişafı naminə: Gəncə nümunəsi

blank
Dünya futbolu2024-04-30 13:31

Super Liqa klubunda yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-30 13:17

Millimizin üzvündən qol ötürməsi

blank
Digər idman növləri2024-04-30 13:02

Türkiyəli baş məşqçiyə 35 min avroluq cərimə

blank
Ölkə futbolu2024-04-30 12:47

Qəbələdə son nöqtə, “Zirə” üçün “soyuq duş”

blank
Digər idman növləri2024-04-30 12:32

Basketbol Liqasında pley-off oyunları start götürür

blank
Digər idman növləri2024-04-30 12:18

Azərbaycanın şahmatçıları AÇ-də xüsusi mükafata layiq görülüb

blank
Digər idman növləri2024-04-30 12:01

Mingəçevir “Prezident Kuboku”na hazırdır

blank
Dünya futbolu2024-04-30 11:47

Ronaldo “Kruzeyro”nu satdı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm