Dünya futbolu
"Traktorsazi" mövsümü 3-cü pillədə başa vurdu
Futbol üzrə İran çempionatında mövsümün …
Futbol üzrə İran çempionatında mövsümün sonuncu – 30-cu turunun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Təbrizi təmsil edən klublar da son oyunlarına çıxıblar.
Uğursuz mövsüm keçirən "Maşinsazi" səfərdə "Saypa"ya məğlub olub – 0:1.
Təbrizin digər təmsilçisi "Göstəriş" doğma meydanda "Sanat Naft"a qalib gəlib – 1:0.
Cənubi Azərbaycan paytaxtının ən məşhur klubu – "Traktorsazi" də evdə "Naft Tehran"dan üstün olub – 1:0.
"Traktorsazi" mövsümü 16 klub arasında 56 xalla üçüncü pillədə başa vurub. "Göstəriş" 38 xalla 8-ci, "Maşinsazi" isə 16 xalla sonuncu pilləni tutub.