Ölkə futbolu
“Kəpəz” yeni heyət quracaq
Mövsüm başa çatan kimi heyətində islahatlara başl…
Mövsüm başa çatan kimi heyətində islahatlara başlayan "Kəpəz"də yeni müqavilə reallaşıb. Dario Federiko, Tadas Simaitis, Nicat Qurbanov, Tural Qürbətov, Eyyub Əliyev, Tural Axundov və Tural Nərimanov gedişinin ardınca "sarı-göylər" Ceyhun Cavadovla müqaviləni uzadıb.
Əldə etdiyimiz məlumata görə, 25 yaşlı yarımmüdafiəçi daha bir mövsüm Gəncə klubunda çıxış edəcək. O, son çempionatda "Kəpəz"in heyətində ümumilikdə 25 oyun keçirib və 1 qol vurub.
Darionu maliyyə azlığına görə saxlaya bilməyən, Axundovu futbolçunun şəxsi istəyinə görə əldən verən “Kəpəz” əsasən heyətə düşə bilməyənlərlə vidalaşır. Hazırda istirahətdə olan komandanın baş məşqçisi mayın sonunda yeni mövsümün heyətinin qurulmasına başlayacaq.
- Milli komanda2024-05-01 18:44
Milli komandamızın baş məşqçi postuna əsas namizəd bəlli oldu
- I Liqa2024-05-01 11:25
I Liqada 24-cü turun təyinatları müəyyənləşdi
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Ölkə kuboku2024-05-01 23:08
Musanın komandası İsveç kubokunu qazana bilmədi