Dünya futbolu
Ziya Əzizov oynadı, komandası mövsümü qələbə ilə bitirdi
Futbol üzrə Hollandiya birinci divizionunda (Jupiler Liqa) m&oum…
Futbol üzrə Hollandiya birinci divizionunda (Jupiler Liqa) mövsümün sonuncu – 38-ci turunun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun komandası – "Den Boş" da son matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Dordrext"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
Ziya bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb.
Qeyd edək ki, "Den Boş" 38 turda topladığı 45 xalla mövsümü 20 komanda arasında 14-cü sırada bitirib.