Dünya futbolu
“Spartak”la “Şaxtyor”dan 10-cu çempionluq!
Futbol üzrə Rusiya və Ukrayna çempionatlarında yeni &cc…
Futbol üzrə Rusiya və Ukrayna çempionatlarında yeni çempionun adlarına aydınlıq gəlib. Futbolinfo.az xəbər verir ki, Rusiyada “Spartak” növbəti dəfə ölkə çempionu olub.
Moskva təmsilçisinin əsas izləyicilərindən olan “Zenit” ötən gün öz meydanında “Terek”ə uduzub (0:1) və üçüncü pillədə qalıb. Beləliklə, çempionatın bitməsinə 3 tur qalmış 63 xalı olan lider “Spartak”la ikinci yerdəki ÇSKA (53 xal) arasında 10, “Zenit” (52 xal) arasında isə 11 xallıq fərq yaranıb.
Qeyd edək ki, bu, “Spartak”ın 10-cu Rusiya çempionluğudu. Komanda sonuncu dəfə 2001-ci ildə yarışı birinci yerdə başa vurmuşdu.
Ukraynada isə oxşar uğura "Şaxtyor" imza atıb. Donetsk təmsilçisi 28 turdan sonra 75 xalla birinci pillədə qərarlaşıb. Bu komandanın əsas izləyicisi "Dinamo"nun isə sona 4 tur qalmış 61 xalı var. Qalan turlarda Kiyev təmsilçisi əzəli rəqibinə çata bilməyəcəyindən "Şaxtyor"un erkən çempionluğa sevinib. "Spartak" kimi, "Şaxtyor" da tarixində 10-cu çempionluğunu rəsmiləşdirib. Donetsklilər bu baxımdan yalnız Kiyev "Dinamo"sundan geri qalırlar – 15 çempionluq. "Şaxtyor" sonuncu dəfə 2014-cü ildə Ukrayna çempionu olmuşdu.
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib
- Dünya futbolu2024-04-30 11:32
“Real” Kurtuanı türk qapıçı ilə əvəz etmək istəyir