Dünya futbolu
"Prosineçki peşəkar insan deyildi, günə 2 qutu siqaret çəkirdi"
İngiltərə yığmasının sabiq üzvü, hazırda “Stok…
İngiltərə yığmasının sabiq üzvü, hazırda “Stok Siti”nin formasını geyinən Piter Krauç millimizin baş məşqçisi Robert Prosineçki haqda maraqlı fikirlər səsləndirib. Futbolinfo.az xəbər verir ki, 36 yaşlı ucaboy hücumçu 2001/02 mövsümündə “Portsmut”da birgə top qovduğu Prosineçkinin yaxşı futbol oynadığını, lakin siqaret aludəçisi olduğunu deyib:
“Robert nadir hallarda dünyaya gələn futbol ustalarından biri idi. Ancaq o, heç də peşəkar insan deyildi. Robertin ən böyük dərdi siqaret idi. O, gün ərzində 2 qutu, təxminən 40 ədəd siqaret çəkirdi. Əslində, siqaret çəkmək qadağan idi. Buna baxmayaraq, Prosineçki bütün futbolçulardan üstün olduğunu sübut edirdi”.
Qeyd edək ki, karyerası ərzində “Real”, “Sevilya” və “Barselona” kimi komandalarda oynayan Prosineçki “Portsmut”un heyətində 33 oyun keçirib və 9 qol vurmağı bacarmışdı.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza