Dünya futbolu
Millimizin futbolçusuna cinayət işi açıla bilər
Milli komandamızın və İspaniyanın “Kadis” klubunun ya…
Milli komandamızın və İspaniyanın “Kadis” klubunun yarımmüdafiəçisi Eddi İsrafilovun başı yenə qalmaqala qarışıb. Futbolinfo.az xəbər verir ki, o, porno videonu internetə yaymaqda ittiham olunur.
Eddi sabiq klubu “Eybar”dakı komanda yoldaşları Serji Enrix və Antonio Lunanın 17 yaşlı qızla olan porno video və şəkillərini yayıb. Bu hadisənin üstü ötən ilin oktyabr ayında açılmışdı. Hər iki futbolçu azarkeşlərdən, klubdan və qızdan üzr istəmişdilər. Həmin qız videonun yayıldığına görə hər iki futbolçunu məhkəməyə vermişdi və 20 min avro təzminat almışdı. Serji Enrix açıqlamasında belə bildirmişdi: “Qızdan, komanda yoldaşlarımızdan və azarkeşlərdən üzr istəyirəm. Belə bir hadisənin baş verməsi yaxşı deyil. Bunu kim yayıb? Əlbəttə ki, Eddi İsrafilov. O, bizim videomuzu görmüşdü. Bu videonu İsrafilov yaydı, çünki onunla paylaşmışdıq. Bu, yalnız onun işidi”.
Araşdırmalar isə davam edirdi. Aprelin 11-də baş tutmuş məhkəmədə Eddi də iştirak edib. Lakin o etdiyi hərəkəti təkzib edib və videonu sosial şəbəkədə yaymadığını söyləyib. Növbəti məhkəmə prosesi iyunun 11-də keçiriləcək. İsrafilov təqsirli bilinsə, ona cinayət işi açılacaq.
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza
- Dünya futbolu2024-04-30 11:32
“Real” Kurtuanı türk qapıçı ilə əvəz etmək istəyir
- I Liqa2024-05-01 11:25
I Liqada 24-cü turun təyinatları müəyyənləşdi