Ölkə futbolu
Hər iki məşqçi razıdı
“Təşkilatçı ölkə ilə oynamaq çox xoş id…
“Təşkilatçı ölkə ilə oynamaq çox xoş idi. Hər iki komanda qələbə qazanmaq üçün bütün səylərini səfərbər etdilər". Futbolinfo.az xəbər verir ki, bunu 23 yaşadək futbolçulardan ibarət Kamerun milli komandasının baş məşqçisi Riçard Tova IV İslam Həmrəyli Oyunlarının qrup mərhələsi çərçivəsində Azərbaycan yığması ilə 0:0 heç-heçədən sonra deyib.
Kamerunlu mütəxəssis bildirib, hər iki kollektiv bir-birinə hörmətlə yanaşıb. O, matçı yüksək qiymətləndirdiklərini söyləyib: "Azərbaycan yığması taktiki və müdafiə baxımından bizə problem yaratdı. Qol vurmaq üçün bir neçə imkanımız oldu. Bu gün Azərbaycanın da oyunun gördüm, qrupdakı digər komandaların da. İndidən şanslar barədə heç nə demək olmaz. Komandamız 18-20 yaşlı gənclərdən təşkil olunub. Bu cür matçarda səhvləri görüb, nəticə çıxardırıq".
Azərbaycan millisinin baş məşqçisi Yaşar Vahabzadə isə nəticədən razılığını bildirib: “Nəticədən razı qaldım. Lakin səhvlərimiz var idi. Hər iki komandanın qol vurmaq şansları oldu. Heç-heçəni ədaləti nəticə sayıram. Bu cür turnirlərdə ilk matçda uduzmamaq böyük önəm kəsb edir. A qrupunda yer alan Mərakəş yığmasının da oyununu bəyəndim. Qarşıdakı oyunlarda lazım olan xalları toplamağa çalışacağıq”.
ELMAR ABDULLA-ZADƏ
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”