Dünya futbolu
"İnter" baş məşqçisiz qaldı
İtaliyanın "İnter" klubu baş məşqçisiz qalıb. …
İtaliyanın "İnter" klubu baş məşqçisiz qalıb. Futbolinfo.az xəbər verir ki, baş məşqçi Stefano Pioli hələ "Fiorentina" ilə A Seriyasının 33-cü turunun "Fiorentina" ilə səfər matçından (4:5) sonra postunu tərk etməyə hazır idi.
Lakin Milan təmsilçisinin rəhbərliyi onu vəzifəsində saxlamağa razı sala bilmişdi. Amma ondan sonra komandanın ardıcıl olaraq evdə "Napoli"yə (0:1), səfərdə isə "Cenoa"ya (0:1) uduzması rəhbərliyin də fikrinin dəyişməsinə səbəb oldu. Nəhayət, rəhbərlik ötən gün Pioli və onun məşqçilər korpusunun istefası haqqında qərar qəbul edib. Artıq bu barədə klubun rəsmi saytı da məlumat yayıb.
Komandanı A Seriyasının cari mövsümündəki son üç oyuna "İnter"in əvəzedici heyətinin baş məşqçisi Stefano Vekki çıxaracaq. Yeni baş məşqçinin kim olacağı isə hələ bilinmir.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi