Bizi izləyin

Müsahibə

“Xəzər Lənkəran”ın geri dönməsi mümkünsüzdü”

Futbolinfo.az sizi "Xəzər Lənkəran"ın vitse-prezidenti …

blank

Futbolinfo.az sizi "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirovun müsahibəsi ilə tanış edir:

– "Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov bu yaxında Türkiyə mediasına geniş müsahibə verib. Lakin açıqlamalarda "Xəzər Lənkəran" barədə bir söz deyilmir. Fəxri prezidentin klubun durumuna və taleyinə münasibəti necədi?
– Premyer Liqada çıxış etdiyi dövrdə olduğu kimi, "Xəzər Lənkəran" indi də Mübariz bəyin diqqət mərkəzindədi. İşlərinin çoxluğuna rəğmən, fəxri prezident mütəmadi olaraq klubun aşağı yaş qruplarının fəaliyyəti və infrastrukturun durumu barədə maraqlanır, təqdim olunan hesabatlarla tanış olur. O, eyni zamanda ölkədə klub futbolunun mövcud durumu barədə çox ətraflı məlumata malikdi. Böyük ehtimalla, növbəti sualınız klubun əsas komandasının fəaliyyətinin bərpası ilə bağlı olacaq. Ona görə, sizi qabaqlayaraq qeyd edim ki, klub futbolu və çempionat bu durumda olduğu müddətdə əsas komandanın bərpası mümkünsüzdü.

– Söhbət hansı durumdan gedir? Sizə maneə yaradan amillər hansılardı?
– Əslində, bu barədə futbol ictimaiyyətində, mətbuatda və azarkeşlər arasında çoxlu müzakirələr gedib. Çempionatda cəmi səkkiz komanda mübarizə aparır. Bu klublardan yalnız "Qarabağ" və "Qəbələ" müstəqil və peşəkar klub idarəçiliyinə malikdilər. Bunun nəticəsi olaraq, məhz bu iki klub ölkə futbolunu Avropa kuboklarında layiqincə təmsil edir. Çempionatın özü də faktiki olaraq bu iki komanda arasında mübarizədən ibarətdir. Qalan klublar isə eyni mənbədən maliyyələşir. Özü də dövlət vəsaiti hesabına. Futbol klublarını sahibkarlar, biznes adamları maliyyələşdirməlidi. Dövlət vəsaiti isə təhsilə, səhiyyəyə, sosial layihələrə, bir sözlə əhaliyə ayrılmalıdı. Dövlətin hesabına bu qədər klubda yerli və əcnəbi futbolçuların əmək haqqının ödənilməsi və nəticədə bu klubların heç bir ciddi nəticə əldə etməməsi onu göstərir ki, bu qədər vəsaiti sadəcə, görüntü üçün, rəqabət təəssüratı yaratmağa xərcləyirlər. Belə bir şəraitdə Avropada mübarizə aparmaq qabiliyyətində olan komandaları yaşada bildikləri üçün adını çəkdiyim hər iki klubun rəhbərlərinə alqış düşür. Lakin, bizim mövqeyimiz odu ki, belə bir çempionatda, bölgə futbolunun inkişafına əngəl olan bir mühitdə "Xəzər Lənkəran"ın əsas komandasının fəaliyyətinin bərpası qeyri-mümkündü.

– Axı fəaliyyətini bərpa etməklə "Xəzər Lənkəran" dediyiniz bu durumu yaxşılaşdıra bilər.
– Geridə qalan illər ərzində "Xəzər Lənkəran"ın ölkə futboluna töhfəsi çox böyük olub. Gördüyümüz hər bir işdə ölkə başçısı cənab İlham Əliyevin təsdiq etdiyi futbolun inkişafına, eləcə də regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının müddəalarını rəhbər tutmuşuq. Bilirsiniz ki, futbolda hər hansı nəticə üçün zaman tələb olunur. Bununla belə, on ildən bir qədər artıq müddət ərzində klubu idarə edən Mübariz Mənsimov və Mais Mənsimovun rəhbərlikləri altında ölkə futboluna kifayət qədər töhfə vermişik. Lənkəranda tamamilə yenidən qurulmuş stadion və inşa edilmiş baza kompleksi təkcə "Xəzər Lənkəran" deyil, bütün ölkə futboluna xidmət etmək məqsədi daşıyır. Unutmayaq ki, əsas milli komandanın rəsmi oyunu da, həmçinin qadınlar arasında U-17 Dünya Çempionatı kimi mötəbər yarışın da keçirildiyi yeganə bölgə stadionu məhz bizim arenadı. Ölkə daxilində qazanılması mümkün olan bütün titulları əldə etmişik, "Birlik Kuboku"nun nüfuzu olduğu dövrdə o kuboku ölkəmizə gətirmişik. Fəaliyyətimiz futbolun kütləviləşməsi, hal-hazırda ölkə futbolunda defisit olan azarkeş marağının artması ilə nəticələndi. Bilet satışı, fan-şop, abunə kartları – klubumuzun bu sahələrdə əldə etdiklərini yaxın gələcəkdə hər hansı yerli klubun təkrarlayacağı inandırıcı görünmür. Mən akademiya haqqında da bir neçə söz demək istərdim. Bəziləri "Xəzər Lənkəran"ın heç bir futbolçu yetişdirmədiyi iddiası ilə bizi tənqid hədəfinə çevirməyi düşünür. Amma bu gün ölkə klublarının və millinin şərəfini qoruyan müxtəlif yaşlı oyunçular məhz bizim akademiyada püxtələşib və bütün yaş qruplarından keçməklə peşəkar karyeraya qədəm qoyub. İbrahim Qədirzadə, Yusif Həsənov, Xəqani Sadıqov kimi nümunələr var ki, bu uşaqların hər biri Azərbaycan futbolunun gələcək ulduzu olmağa namizədlərdi. Görünür, bəziləri bizdən 12 il ərzində FIFA-nın "Qızıl top" mükafatına namizəd yetişdirməyimizi istəyir (gülür). Bütün bunlar sizin sualınıza cavabdı. Biz ölkə futboluna çox töhfələr vermişik. Əfsuslar olsun ki, ölkənin futbol təsərrüfatında nöqsanlar mövcuddu ki, klub futbolunun inkişafına əngəl olur.

– Bu nöqsanların nədən ibarət olduğunu düşünürsünüz?
– Baş verənlər onu göstərir ki, idarəçiliyə bir qədər fərqli prizmadan yanaşılmalıdı. Futbol sahəsində bir çox taleyüklü qərarların verildiyi, lakin bu qərarların sonradan dəyişdirildiyi və ya onlara əməl olunmadığının şahidi oluruq. Bu isə futbol idarəçiliyinin effektiv olmadığı mənzərəsini yaradır. Belədə isə, əldə olunan uğurlar da buraxılan nöqsanların kölgəsində qalır. Ən yaxın keçmişdən klublara idman direktorlarının təyini qərarını xatırlamaq olar. Bu qərar çoxlu vəsait hesabına başa gəlsə də, heç bir konkret nəticə vermədi. Və yaxud klublarda idarə heyətlərinin yaradılması barədə qərar. Qərardan bir müddət sonra klublarda müşahidə şuraları yaradıldı ki, idarə heyəti və müşahidə şurası tamamilə fərqli hüquqi anlayışlardı. Həmçinin klubların yüksək büdcəyə malik olduğu dövrlərdə legioner limitinin tətbiqi qərarları da özünü doğrultmadı. Zamanında bütün bu addımlara öz reaksiyamızı bildirmişik, razı olmadığımız məqamları istər mətbuatda, istər görüşlər zamanı qabartmışıq. Bütün bunlar və hazırda futbolun düşdüyü vəziyyət onu sübut edir ki, futbol təsərrüfatının idarə edilməsi ilə hər hansı dövlət qurumunun idarəedilməsi fərqli məsələlərdi.

– Dedikləriniz belə düşünməyə əsas verir ki, ölkə futbolunun idarəedilməsi prinsipləri barədə konkret ideyalarınız var. Ölkə futbolunun idarəçiliyində iştirak etməyi düşünürsünüz?
– Əlbəttə, futbol sahəsinə yaxın bir insan kimi, şəxsən məni mövcud mənzərə qane edə bilməz. Çatışmazlıqların aradan qaldırılması baxımından ölkə futboluna dəstək vernək hər bir futbol rəsmisi üçün böyük şərəf və məsuliyyətdi. Heç bir variantı istisna etmək olmaz. Əlbəttə ki, hər bir addım atılmazdan əvvəl konkret hərəkət planı olmalıdı. Futbolumuzun ümumi problemlərindən biri də elə plansızlıqdı.

– “Xəzər Lənkəran”ın hazırkı fəaliyyəti barədə nə deyə bilərsiniz? Yeni mövsümdə hər hansı yeniliklər olacaqmı?
– Geridə qalan mövsümdə üç yaş qrupu ilə ölkə birinciliklərində mübarizə apardıq. U-17 qrupumuz mövsümü turnir cədvəlinin ortasında bitirdi. Perspektivli uşaqların digər klublara keçidinə şərait yaratdığımızı nəzərə alsaq, bu qrupun nəticələrini yaxşı hesab etmək olar. U-13 və U-14 qruplarımız isə adəti üzrə final mərhələsinə vəsiqə qazana bildilər. Növbəti mövsüm də ən azından bu tərkibdə yarışlarda iştirak edəcəyik. Qrupların sayı artırıla da bilər. Belə olan halda əvvəlcədən məlumat verəcəyik ki, arzu edən uşaqlar baxışlarda iştirak etsin. Bundan əlavə, stadion və mövcud infrastrukturun qorunması və təyinatı üzrə istifadə edilməsi istiqamətində daim çalışırıq. “Xəzər Lənkəran” bu gün də bölgədə uşaq və yeniyetmələrin futbolla, həmçinin bütün əhalinin idmanla məşğul olmasına zəmin yaradır. Bu işləri gördüyümüzdən qürur duyuruq. “Xəzər Lənkəran” muzeyi də fəaliyyətini davam etdirir, müxtəlif rayonlardan olan məktəblilər tez-tez buranı ziyarət edir. Bir sözlə, “Xəzər Lənkəran” fəaliyyətini davam etdirir. “Palmali” kimi şirkətin klubun arxasında olması isə gələcəyə nikbin baxmağa əsas verir. Qafqazinfo

Reklam

Reklam


blank
Ölkə futbolu2024-04-30 15:31

Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib

blank
Milli komanda2024-04-30 15:14

Millimiz Slovakiya yığması ilə yoldaşlıq oyunu keçirəcək

blank
Ölkə futbolu2024-04-30 15:00

Azarkeşlər hakimi döymək istədilər, AFFA cəzalandırdı

blank
I Liqa2024-04-30 14:45

“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza

blank
Digər idman növləri2024-04-30 14:32

Mayamidə “Mersedes” və Ferstappen arasında danışıqlar olacaq

blank
Digər idman növləri2024-04-30 14:17

81 boksçu Gəncədə yarışdı

blank
Dünya futbolu2024-04-30 14:02

Sançodan Bundesliqada yeni rekord

blank
Layihə2024-04-30 13:45

Bölgələrdə voleybolun inkişafı naminə: Gəncə nümunəsi

blank
Dünya futbolu2024-04-30 13:31

Super Liqa klubunda yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-30 13:17

Millimizin üzvündən qol ötürməsi

blank
Digər idman növləri2024-04-30 13:02

Türkiyəli baş məşqçiyə 35 min avroluq cərimə

blank
Ölkə futbolu2024-04-30 12:47

Qəbələdə son nöqtə, “Zirə” üçün “soyuq duş”

blank
Digər idman növləri2024-04-30 12:32

Basketbol Liqasında pley-off oyunları start götürür

blank
Digər idman növləri2024-04-30 12:18

Azərbaycanın şahmatçıları AÇ-də xüsusi mükafata layiq görülüb

blank
Digər idman növləri2024-04-30 12:01

Mingəçevir “Prezident Kuboku”na hazırdır

blank
Dünya futbolu2024-04-30 11:47

Ronaldo “Kruzeyro”nu satdı

blank
Dünya futbolu2024-04-30 11:32

“Real” Kurtuanı türk qapıçı ilə əvəz etmək istəyir

blank
Ölkə futbolu2024-04-30 11:25

“Qarabağ” – “Neftçi” oyununun stadionu dəyişib

blank
Digər idman növləri2024-04-30 11:15

MBA: Daha iki konfrans yarımfinalçısı məlum oldu

blank
Müsahibə2024-04-30 10:58

Xəyalın reallaşan xəyalı: “Bu, məsuliyyətdən qaynaqlanan həyəcan idi”

blank
Digər idman növləri2024-04-30 10:43

Olimpiya Təsnifat Turnirində iştirak edəcək Azərbaycan güləşçiləri bilindi

blank
Ölkə futbolu2024-04-30 10:29

“Qarabağ” üçün daha bir potensial rəqib

blank
Dünya futbolu2024-04-30 10:15

İngilis futbolçu bunu ilk dəfə bacardı

blank
Digər2024-04-30 10:00

MİSLİ ilə qazan!

blank
Digər idman növləri2024-04-30 09:50

“Turu keçmək üçün hazır durumdayıq”

blank
Dünya futbolu2024-04-30 09:41

Çempionlar Liqasında yarımfinal mərhələsi başlayır

blank
Premyer-liqa2024-04-30 09:30

“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç

blank
Ölkə futbolu2024-04-30 09:15

“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür

blank
Dünya futbolu2024-04-30 09:03

Ukrayna millisinin sabiq baş məşqçisi vəfat edib

blank
Dünya futbolu2024-04-30 08:51

Hüseynovlu “Arda” səfərdən 1 xalla qayıtdı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm