Ölkə futbolu
Abışovun etirafı: “Hakim bizə kömək etdi”
"Reallıq budur ki, oyunun sonlarında bizə köməyi bir az …
"Reallıq budur ki, oyunun sonlarında bizə köməyi bir az hiss olunurdu. Amma bir şeyi də unutmayaq: Kamerunla oyunda penaltimiz verilmədi. Bugünkü penalti epizodunu onunla müqayisə etmək olar" – bunu IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının kapitanı Ruslan Abışov deyib.
Futbolinfo.az xəbər verir ki, Mərakeş yığması ilə 0:0 hesablı heç-heçə etdikləri A qrupunun 3-cü tur matçından sonra müdafiəçi oyunu şərh edib. Ruslan hakim köməyinə belə haqq qazandırıb: "Artıq oyun qurtarıb. Həmişə bizim idmançıları səfər oyunlarında sıxıblar. Daim belə hallardan şikayətlənmişik. Qoy, indi də öz idmançılarımızı dəstəkləsinlər ki, biz də uğur qazanaq. Əslində, referi o qədər də kömək etmədi. Lakin bir-iki epizod vardı ki, lehimizə qərar verdi".
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”