Bizi izləyin

Layihə

Lisenziya oyunu: Keyfiyyətə zərbə vuran süni kütləvilik

(əvvəli bu linkdə)

Elxan Məmmədovun diqtəsi ilə AFFA İcraiy…

blank
Elxan Məmmədovun diqtəsi ilə AFFA İcraiyyə Komitəsinin klublar üçün müəyyənləşdirdiyi bu tələbləri yumşaltmaq mümkündümü? Axı, İK-nın qərarını yalnız bu qurum dəyişib, UEFA-nın tələbi ilə uyğunlaşdıra bilər.
 
Təəssüf ki, İcraiyyə Komitəsinin üzvləri ilə danışmaq cəhdlərimiz də faydasız qaldı. Daha doğrusu, nazirlər, digər məmurlar əlçatmaz oldu, hətta tapsaydıq da, onlara izahat vermək üçün saatlarımız gedəcək, səbəbi anlada bilməyəcəkdik. Onlar bu quruma sanbal qazandırmaq və Məmmədovun planlarına əl qaldırmaq üçün seçilənlərdi. Qurumda təmsil olunan həqiqi futbol adamları isə bu mövzudan yan keçdilər. Səbəbi də bəllidi – ya yalan danışmalı, ya da kimlərinsə planlarına uyğun olmayan açıqlama verməliydilər.
 
Bununla belə, mövzuyla bağlı fikirlərini dilə gətirən birini tapdıq. İcraiyyə Komitəsinin üzvü, AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov məsələyə münasibət bildirdi: “Müəyyən dəyişikliklər lazımdı. Lakin bunu sizin dediyiniz kimi, liqaların azaldılması yolu ilə etmək məsləhət deyil. Futbolun inkişafı, kütləvilik əsas məqsəddi. Başladığımız işi yarıda qoymaq olmaz. Razıyam ki, klubların yükünü azaltmaq, lisenziya tələblərini bir qədər yüngülləşdirmək lazımdı. Bir çox liqalarda səfər oyunlarını, onların xərcini azaltmaq, regional yarışlara üstünlük vermək olar. İstənilən halda, liqaların sayını azaltmamalıyıq. Orada çalışan xeyli insan var, onları da düşünməliyik. AFFA bizə – Məşqçilər Komitəsinə klubların uşaq komandalarına, akademiyalarına nəzarət etməyi, hesabat hazırlamağı tapşırıb. Biz də izləmişik, müəyyən qeydlər aparmışıq. Həqiqətən də vəziyyətdən sui-istifadə edənlər var. İndi hesabatı rəhbərliyə təqdim edəcəyik və nöqsanların aradan qaldırılması yollarını düşünəcəyik. Klubların yükünü azaltmaq, lisenziya tələblərində müəyyən yüngülləşdirmələr mümkündü, lakin Premyer Liqada say düzəltmək naminə uşaq futbolunu qurban vermək, liqaların sayını azaltmaq olmaz. Qaldırdığınız bu məsələylə xeyli vaxtdı məşğuluq, tövsiyyələrimiz var və yəqin ki, hansısa addımlar atılacaq”.
 
Belədə Qəbələ akademiyasının direktor müavini Nail Kərimova da müraciət etdik. Son illər uğurları sayəsində ölkənin öncülləri sırasına çıxan, əməkləri bəhrə verməkdə olan klubun rəsmisinin dedikləri maraqlı olmalıdı. Nail bəy həm də özünü həqiqi mənada bu işə vermiş, zəngin təcrübə qazanmış, işini zövqlə görən insanlardandı: “Dəqiq bilirəm ki, bütün ölkələrdə bizdəki tələblər yoxdu. Məsələn, Hollandiyada 16 yaşlıların liqası təşkil edilmir. Əlavə misallar da çəkmək olar. Bir çox klublarımız bu tələbləri yerinə yetirmək gücündə deyil. Biz yeni istedadlar yetişdirməkdə maraqlı olduğumuzdan tələb olunandan artığını etməyə çalışırıq. “Qəbələ” rəhbərliyi də bizə hər cür dəstək verir. Amma bütün klublarda belə deyil və bu, başadüşüləndi. Əksər komandalar oyun günü səfərə çıxır və matçdan sonra geri qayıdır. Yol yorğunu olan futbolçuların normal oyun göstərməsi, ümumiyyətlə, inkişafı çətin məsələdi. Bizdə matçdan bir gün əvvəl getməyə, komandaları daha rahat avtobusla təmin etməyə imkan var. Lakin bütün klubları buna məcbur etmək olmur. Həm maliyyə vəziyyəti, həm də digər səbəblərdən bu, mümkünsüzdü. Bəzən təhsil məsələləri də buna mane olur, komandalar oyunlara daha tez gedə bilmir, gedəndə də uşaqlar təhsildən axsayırlar. Liqaların, komandaların sayı məsələsi mənim səlahiyyətimə aid məsələ deyil, lakin zənnimcə, müəyyən islahatlara ehtiyac var. Daha uyğun variant fikirləşmək, aşağı yaş qrupları üzrə komandaların çempionatında fərqli addımlar atmaq olar”.
 
Lisenziya oyunu komandalara – futbolçulara, məşqçilərə də əngəl olur. Hansısa futbolçunun inkişafını görmək üçün, onun inkişafı üçün məşqçinin onunla minimum 2 il çalışması lazımdı. Bizdə isə hər il fərqli komanda, fərqli liqa, fərqli komanda olur. Halbuki liqalar arasında heç olmasa, 2 illik interval  olsa, daha yaxşıdı.
 
Hər yaş qrupu üzrə çempionat başqa problem də yaradır. Hazırda “Səbail”ə baş məşqçi təyin olunan Samir Əliyev bir neçə ay öncəki söhbətimizdə futbolçularla istədiyi işi qura bilməməkdən şikayətlənmişdi. O zaman “Neftçi”nin əvəzedicilərinə rəhbərlik edən gənc çalışdırıcı tur öncəsi birdən-birə start heyətinin yarısını itirmişdi. Əsas heyətdə yaranan futbolçu çatışmazlığı üzündən o, 6 futbolçunun əsas komandaya çağırılması üzündən problemlə üzləşmişdi. Bütün planları alt-üst olan Əliyev heyəti formalaşdırmaq üçün məcburən U-19 komandasından futbolçu götürmüş, beləcə həmin komandanı da istəmədən çətin vəziyyətdə qoymuşdu. Bu problem zəncirvari şəkildə bütün komandalara təsir etmişdi.
 
Aydın məsələdi, AFFA bu qədər liqa təşkil etməklə kütləviliyə nail olmaq istəyir. Lakin bu, süni şəkildə aparıldığından ciddi problemlər yaranır. Klublar faydalı iş görmək üçün maliyyə imkanına malik olmadığından görüntü naminə bu layihəyə dəstək verir. Belədə uşaqların da hüquqları pozulur, üstəlik, onlar təhsildən yayınırlar. Sabah onlardan futbolçu olmayacağı aydınlaşanda, təhsildən də geri qalan gənclər potensial cinayətkara, küçə avarasına çevrilirlər.
 
AFFA bəh-bəhlə futbolla məşğul olan, qeydiyyatdan keçmiş 100-120 min insandan danışır, statistika açıqlayır. Halbuki bu sayı başqa üsulla da təmin etmək olar və bu rəqəmlər şişirdilmiş olmaz, real mənzərəni əks etdirər.
 
Yazının əvvəlində qeyd etdiyimiz, daha az liqalara malik olan ölkələrdə bunu kompensasiya etmək üçün regional yarışlar təşkil olunur və orada daha güclü oyunçular yetişir. Bizdə də “Xəzər Lənkəran”ı Gəncəyə, “Turan”ı Bakıya, “Şahdağ”ı İmişliyə aparmaqdansa, oxşar model tətbiq edilməlidi. Uşaqları səfərlərə aparmaq həm klubları ciddi maliyyə itkisinə məruz qoyur, həm fitbolçuları fiziki cəhətdən tükədir, həm də onların təhsildən yayınmasına şərait yaradır. Halbuki zona birincilikləri keçirməklə həm futbolla məşğul olan gənclərin sayını artırmaq, həm də daha müsbət nəticələr əldə etmək olar. Yarışın sonunda seçilənləri yenidən hansısa şəhərdə bir araya gətirmək, ən istedadlıları seçib onları yüksək seleksiya nəticəsində uyğun komandalara yerləşdirmək olar.
 
Sual ola bilər ki, bəs, bunu hansı maddiyyatın hesabına reallaşdıraq. Onun da cavabı bəllidi. UEFA uşaq komandalarına görə hər il AFFA-ya böyük məbləğlər ödəyir, bundan başqa assosiasiya özü onsuz da 3 milyon manata yaxın vəsaiti bu işə sərf edir. Həmin maliyyəni toplayıb, daha məqsədyönlü istifadə etmək lazımdı. O zaman klublar 3-4 uşaq komandası saxlamaqla lisenziya tələblərindən irəli gələn ağır yükdən xilas olar, həm də bölgələrdə uşaq futbolu həqiqətən inkişaf edər. UGİM-lərə, məhəllə uşaqlarından qondarma komandalar təşkil edən müəllim/məşqçilərə sərf olunan vəsait də beləcə real işə sərf olunar. Bir sıra rayonlarda işbaz məşqçilər məhz AFFA-nın sayəsində xeyli qazanır. Qurumun onlar üçün oyunlara getməyə ayırdığı 200 manatın yarısına bu işi təşkil edən məşqçilər 100 manatı cibinə qoyur, üstəlik, valideynlərdən də pul yığır. Belə işbaz məşqçilərin istedad yetişdirməyi mümkünsüzdü, iş daha sağlam qurulmalıdı.
 
(davamı olacaq)
 
VÜSAL MAHMUDOV
Reklam

Reklam


blank
Ölkə futbolu2024-05-04 10:48

Ozan Can cəzalandı, komandası uduzdu

blank
Ölkə futbolu2024-05-04 10:19

“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”

blank
Dünya futbolu2024-05-04 09:53

“Qəbələ”nin sabiq baş məşqçisi idman direktoru oldu

blank
Dünya futbolu2024-05-04 09:21

İsko ayın oyunçusu seçildi

blank
Premyer-liqa2024-05-04 08:00

“Qarabağ” “Neftçi”yə, “Kəpəz” “Sumqayıt”a qarşı

blank
Dünya futbolu2024-05-04 01:57

“Monpelye” və “Lans”dan qələbə

blank
Dünya futbolu2024-05-04 01:41

“Torino” və “Bolonya”dan heç-heçə

blank
Dünya futbolu2024-05-04 01:29

“Everton” səfərdən 1 xalla qayıtdı

blank
Dünya futbolu2024-05-04 01:06

“Atletik”dən inamlı qələbə

blank
Dünya futbolu2024-05-04 00:56

İlk oyunda heç-heçə

blank
Dünya futbolu2024-05-04 00:46

“Beşiktaş”dan çətin qələbə

blank
Dünya futbolu2024-05-03 23:23

Volkan Demirel Renat Dadaşovun komandasından ayrıldı

blank
Dünya futbolu2024-05-03 23:00

Ardıcıl 7-ci çempionluq

blank
Digər idman növləri2024-05-03 22:38

“Sərhədçi” “Xəzri”yə ilk oyundakı məğlubiyyətin əvəzini çıxdı

blank
Dünya futbolu2024-05-03 22:19

Het-trik etdi, həftənin ən yaxşı oyunçusu oldu

blank
Dünya futbolu2024-05-03 22:00

Avroliqada həftənin ən yaxşı futbolçusu seçildi

blank
Dünya futbolu2024-05-03 21:44

ÇL-də həftənin ən yaxşı oyunçusu bəlli oldu

blank
Ölkə futbolu2024-05-03 21:30

“Araz-Naxçıvan”ın zədəliləri sıraya döndülər

blank
Dünya futbolu2024-05-03 21:14

“Borussiya” Roysla vidalaşır – Rəsmən açıqlandı

blank
Dünya futbolu2024-05-03 21:00

“Mançester Siti”nin futbolçusu ilin ən yaxşısı seçildi

blank
Premyer-liqa2024-05-03 20:46

“Qarabağ” – “Neftçi” matçının biletləri satışa çıxarıldı

blank
Digər2024-05-03 20:30

May ayı üçün Azərbaycan idmançılarının reytinq cədvəli açıqlandı

blank
Digər idman növləri2024-05-03 20:16

Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək

blank
Digər idman növləri2024-05-03 20:00

Alkaras Romada olmayacaq

blank
Digər idman növləri2024-05-03 19:38

Açılışda “Drag queen” də olacaq

blank
Dünya futbolu2024-05-03 19:19

Ramos evini Mbappeyə satır

blank
Digər idman növləri2024-05-03 19:00

Bakıda ilk dəfə U-23 Avropa çempionatı keçiriləcək

blank
Milli komanda2024-05-03 18:46

Azərbaycan millilərinin rəqibləri bəlli oldu

blank
Digər idman növləri2024-05-03 18:32

Azərbaycan şpaqaçıları beynəlxalq turnirdə iştirak ediblər

blank
Premyer-liqa2024-05-03 18:15

“Qarabağ” – “Neftçi” matçının təyinatları açıqlandı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm