Ölkə futbolu
Kapello üçün bərabər səviyyə
“Yuventus” və “Real”ın sabiq baş məşq&cce…
“Yuventus” və “Real”ın sabiq baş məşqçisi Fabio Kapello bu 2 klub arasında iyunun 3-də keçiriləcək Çempionlar Liqasının finalı haqda danışıb. İtaliyalı mütəxəssis Madrid klubunun hücum xəttinin güclü olduğunu vurğulayıb.
Bununla belə, don Fabionun fikrincə, “Real” rəsmiləri “Yuventus”dan qorxurlar: “Onlar məndən Alleqrinin komandasının niyə az qol buraxması haqda soruşublar. Onlara da dedim, bu final 2 eynisəviyyəli komandanın iştirakı ilə baş tutacaq. Bəlkə də hücum xəttinə görə “Real” bir qədər üstündür. Çünki Ronaldo hazırda dünyanın ən yaxşı futbolçusudur”.