Ölkə futbolu
"Qarabağ"ın italiyalı hücumçu ilə maraqlandığı təsdiqləndi
"Qarabağ"ın müqavilə təklif etdiyi iddia edilən &q…
"Qarabağ"ın müqavilə təklif etdiyi iddia edilən "Trapani"nin hücumçusu Nikola Çitronun agenti Alberto Berqossi açıqlama verib. Futbolinfo.az xəbər verir ki, agent hücumçu ilə Ağdam klubunun maraqlandığını təsdiq edib:
"Çitroya Azərbaycandan təklif gəldiyini təsdiq edirəm. "Qarabağ" Çempionlar Liqasının təsnifat mərhələsində çıxış edəcək. Yanvar ayında dostum Massimo Fikkadentinin çalışdırdığı Yaponiyanın "Saqan Tosu" klubundan da maraq var idi və onlarla əlaqəm olmuşdu. Fikkadentinin mənə zəng vuraraq Çitronu istəməsinə heyran qalmışdım. Nikola isə bu təklifdən sonra yerində donub qalmışdı. B Seriyasında yaxşı pul qazanırdı. "Trapani" hazırda C Seriyasına düşüb. Bu isə planlara daxil deyil. Qərarımızı verəcəyik".
Qeyd edək ki, İtaliya mətbuatı "Qarabağ"ın Çitroya 3 illik müqavilə və illik 300 min avroluq maaş təklif etdiyini yazmışdı.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib