Ölkə futbolu
“Kəpəz” 3 legioner ilə vidalaşdı
Mövsümlərarası fasilədə transfer çalışmaların?…
Mövsümlərarası fasilədə transfer çalışmalarını davam etdirən “Kəpəz” yerli oyunçular ilə yanaşı, legionerlərlə də bağlı seçimə diqqət ayırır. Futbolinfo.az xəbər verir ki, Gəncə klubu ötən mövsüm komandanın heyətində çıxış etmiş 3 futbolçu ilə başa çatmış müqaviləni uzatmayıb.
Kamerunlu hücumçu Julien Ebah, portuqaliyalı yarımmüdafiəçi Serjio Kosta və litvalı qolkiper Tadas Simaitis ilə yollar ayrılıb.
Müqaviləsi başa çatan və digər klublardan daha sərfəli təkliflər alan Dario Frederikonun “Kəpəz”dən gedişi məsələsi hələ öncədən məlum idi.
“Kəpəz” PFK-nın rəhbərliyi bu futbolçulara komandadakı xidmətlərinə görə minnətdarlığını bildirib, gələcək karyeralarında onlara uğurlar arzulayıb.
Klub rəhbərliyi son mövsümdə komandanın şərəfini qoruyan Renan Alvesin xidmətlərində isə yenidən maraqlıdır. Odur ki, yeni anlaşma əldə etmək üçün braziliyalının agenti ilə danışıqlar davam edir.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza