Premyer-liqa
Premyer Liqamızda dopinq-test tətbiq olunacaq
Bu ildən Azərbaycan Premyer Liqasının oyunlarında futbolçu…
Bu ildən Azərbaycan Premyer Liqasının oyunlarında futbolçular dopinq-testdən keçəcəklər. Futbolinfo.az "Report"a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Şəfəq Hüseynli məlumat verib.
Ş.Hüseynlinin sözlərinə görə, proses Milli Antidopinq Proqramı çərçivəsində həyata keçiriləcək. AMADA rəhbəri prosedurun beynəlxalq tələblərə uyğun aparılacağını desə də, dopinq-testlərin götürüləcəyi oyunların gizli saxlanılacağını vurğulayıb. Beynəlxalq oyunlara gəldikdə, o, belə məsələlərlə FİFA və UEFA-nın öz dopinq nəzarətçilərinin məşğul olduğunu əlavə edib.
Qeyd edək ki, Premyer Liqada növbəti mövsümə avqustun ortalarında start veriləcək.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza