Bizi izləyin

Ölkə futbolu

Rəfiyevin məhv etdiyi istedad

“Ovyedo”, “Tondela”, “Duqopolye”…..

blank
“Ovyedo”, “Tondela”, “Duqopolye”… Elnur Cəfərov bu klubların heç birində duruş gətirə bilmədi. İspaniya aşağı dəstə klubunda bəyənilmədi, Portuqaliyadan yersiz qalmaqala görə ayrıldı, Xorvatiyanın divizion təmsilçisində də heyətə düşməyi bacarmadı.
 
“Xəzər Lənkəran”ın ölkə futboluna qazandırdığı ən istedadlı futbolçu olan Elnur indi ortada qalıb. Yarımmüdafiəçi AFFA-dakı işbazların qazanmaq hərisliyinin qurbanına çevrildi və indi heç kimə lazım deyil.
 
Cəfərovun istedadına heç kimin şübhəsi yoxdu. Amma onun legioner karyerası yaşaması üçün tez idi. Düzdü, Avropada elə bu yaşda olan futbolçulara tələbat var, 25-26 yaşı olanlar artıq perspektivsiz hesab olunur, klublar onlar üçün böyük pullar xərcləmir. Bununla belə, azərbaycanlı futbolçu üçün fərqli reallıqlar var, standartlar başqadı. Bizimkilər üçün 19 yaşında ölkədən kənara çıxmaq meşədə azmaq kimi bir şeydi. Elnur bunu bir daha təsdiqlədi.
 
Bu məsələdə mühit də rol oynayır, futblçunun keçdiyi məktəb, gördüyü tərbiyə də. Ötən il qısa bir müddətdə bum yaşandı: futbolçularımızın bir neçəsi xarici kluba keçdi. Amma təsnifatlanmaya baxın:
 
Azərbaycanda yetişən
Elnur Cəfərov lazımsız çıxdı;
Kamran Ağayev atası üçün darıxıb, mövsüm başa çatmamış vətənə qayıtdı, indi də AFFA-nın, milli məşqçilərinin dəstəyi ilə sığınmaq üçün klub axtarır;
Budaq Nəsirov da yol üstədi, hətta əvəzedici komandada möhkəmlənə bilmədi, meydanda olmaya-olmaya komandasının qapısına penalti təyin etdirdi;
Xarici futbol məktəblərinin yetirməsi olan
Emin Mahmudov yenə “Boavışta”da qalmağı bacardı, bacarsa, daha yaxşı kluba gedəcək, bacarmasa, Rusiyada aşağı dəstədə oynayacaq;
Ramil Şeydayev “Trabzonspor”da işlər alınmayanca “Jilina”ya üz tutdu, “Neftçi”nin təklifinə gözünün ucu ilə də baxmadı;
Dmitri Nazarov da onun kimi – Almaniyada tez-tez klub dəyişir, amma Topaz Premyer Liqasına gəlməyi ağlına da gətirmir
və i. və s.
 
Cəfərov bir müddət ölkədə oynamalı, müəyyən təcrübə toplamalı, əsl məşqçinin əli altında bişməli idi. Lakin AFFA rəhbərliyi “xaricdə oyunçumuz çıxış edir” bəhanəsinə sığınmaq, özünü reklam etmək üçün “emal olunmamış məhsul”u xammal kimi satdı. Həm reklam sayəsində özlərini işbilən kimi göstərdilər, həm də xeyli qazandılar. İndi isə bəlli olur ki, qarışqadan fil düzəltmək mümkün deyilmiş.
 
Milli komandalarımızın meneceri olan Riad Rəfiyev Elnurun bu transferlərindən kifayət qədər “qatladı”, indi isə sırımaq üçün ölkə xaricində klub yoxdu. Cəfərovun vizit kartında milli üzvü olmasından başqa hansısa müsbət qeydə rast gəlmirik. Yığmaya da elə Rəfiyevin sayəsində çağırılırdı, lakin indi o da gücsüzdü, çünki milli məşqçiləri məhv edilmiş idtedada görə qınağa tuş gəlmək istəmirlər. Yaşar Vahabzadə İslamiadada onu əsas heyətə qoymadı, sadəcə, Riadın xahişinə görə düşərgəyə çağırdı və karyerasına bu yarışların qalibi olması barədə qeyd, bir də meneceri ilə birgə xərcləməyə payına 50-60 min pay düşdü. Xarici klublar üçün isə bu titulun heç bir önəmi yoxdu.
 
İndi Rəfiyev ona pul qazandıran bu futbolçudan yenə istifadə etmək istəyir. Gələcəkdə hansısa xarici kluba göndərmək, öz faizini qazanmaq üçün Elnurun oynaması, formaya düşməsi, özünü sübut etməsi lazımdı. Harada? Ölkə klublarından heç biri onu yaxına qoymur. Hətta AFFA-nın maliyyələşdirdiyi komandalar da bu işdə maraqlı deyil. “Səbail”də Samir Əliyev, “Kəpəz”də Şahin Diniyev Riadın tapşırığına baş əyməz, “İnter”də isə məlum transfer qadağası var.
 
Elə bu səbəblərdən Rəfiyev Cəfərovu “Neftçi”yə göndərir. Klub rəhbərliyi bir boşqabdan yemək yediyi insanlardı, baş məşqçi Elxan Abdullayevlə də yığmada bir yerdə çalışırlar.  Məhz belə dostluq, tanışlıq prinsiplərinə görə Elnur növbəti dəfə “yandırılmaq üçün” paytaxt klubuna göndərilir. Halbuki hamının nəticə istədiyi, böyük təzyiq altında olacaq komandadansa, yarımmüdafiəşi rahat oynayacağı, basqı hiss etməyəcəyi bir kollektivdə oyun praktikası qazanmalı, özünə gəlməli idi.
blank
 
Futbolçudan “pul qırmaq” istəyən menecerlər belə düşünmür. “Neftçi”nin yerli oyunçu axtardığını əldə bayraq edib, bu transferə don geyindirəcəklər. Rəfiyev bəlkə xorvatlara hətta transfer haqqı da ödətdirib – burdakı da dostlarıdı, oradakı da. Pulu ödəyən yığmadakı məşqinin komandası, alan millinin baş məşqçisinin həmvətənləri – hansı ki, Rəfiyev onlarla elə Robert Prosineçkinin sayəsində iş ortağı olub. Dostluq, qohumluq, tanışlıq bağları o qədər möhkəmdi ki, ortada fırlanan yüzminləri bir cibdən o birisinə ötürmək çətin olmamalıdı.
 
“Neftçi”nin əcnəbi transferlərində monopoliyanı Kamil Məmmədov əlinə alıb. O, vaxtilə “Standard”da işçisi olan icraçı direktor Orxan Hüseynzadəyə istədiyi əcnəbini bəyəndirir, istədiyi müqaviləyə qol çəkdirir. Yerli oyunçularla, milli üzvləri ilə bağlı işləri isə yığma komandanın meneceri Riad bəy həll edir. Beləliklə, Rəfiyevin hazırda əsas işi Elnurun transferini yekunlaşdırmaqdı. “Xəzər Lənkəran”ın məhv edilmiş istedadının quru adını indi onun əzəli rəqibinə calayacaqlar. Cənublu fanatların Cəfərovu bağışlayıb-bağışlamayacağını bilmirəm, amma futbol tanrısı nə istedadına xəyanət edən Elnuru, nə də ondan pulqazanma makinası kimi istifadə edən işbazları əfv etməyəcək.
 
FƏRİD
Reklam

Reklam


blank
Digər idman növləri2024-05-05 11:22

“Bakı Marafonu 2024” start götürüb

blank
Dünya futbolu2024-05-05 11:11

22 il sonra Premyer Liqada

blank
Dünya futbolu2024-05-05 09:30

“Şeffild Yunayted” son 100 ildə 100 qol buraxan ilk komanda oldu

blank
Premyer-liqa2024-05-05 09:11

“Turan Tovuz” “Zirə”yə, “Araz-Naxçıvan” “Sabah”a qarşı

blank
Digər idman növləri2024-05-05 08:52

Daha bir ulduz tennisçi Roma turnirində olmayacaq

blank
Digər idman növləri2024-05-05 08:35

Mayamidə Ferstappen sprintin qalibi oldu

blank
Digər idman növləri2024-05-05 08:17

Avroliqa iştirakçıları səsvermə ilə seçiləcək

blank
Ölkə futbolu2024-05-05 08:00

“Sumqayıt”a son dəqiqə şoku, “Neftçi” üçün 5 ballıq zəlzələ

blank
Dünya futbolu2024-05-05 01:35

“Real” 36-cı çempionluğunu rəsmiləşdirdi

blank
Dünya futbolu2024-05-05 01:22

“Monako”dan darmadağın

blank
Dünya futbolu2024-05-05 01:04

“İnter”i məğlub edən tapıldı

blank
Dünya futbolu2024-05-05 00:45

“Ştutqart” “Bayern”ı məğlub yola saldı

blank
Digər idman növləri2024-05-05 00:23

Azərbaycan cüdoçularından Göygol Avropa Kubokunun ilk günündə 10 medal

blank
Dünya futbolu2024-05-05 00:05

Liderlərdən darmadağın

blank
Dünya futbolu2024-05-04 23:38

Şahruddinin komandasından səfər qələbəsi

blank
Premyer-liqa2024-05-04 23:05

“Neftçi”yə qarşı hamı istəkli oynayır” – Qurban Qurbanov

blank
Premyer-liqa2024-05-04 22:58

“Səhvlərimiz kifayət qədər çox idi” – Bojoviç

blank
Ölkə futbolu2024-05-04 22:43

“Qarabağ” Bəhlulla yeni müqavilə bağladı

blank
Premyer-liqa2024-05-04 22:10

“Qarabağ”dan “Neftçi”yə 5 cavabsız qol – VİDEO

blank
Premyer-liqa2024-05-04 21:21

“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu

blank
Dünya futbolu2024-05-04 21:00

Rahil Məmmədovun komandası yenə uduzdu

blank
Premyer-liqa2024-05-04 19:52

“Kəpəz”lə “Sumqayıt”ın heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2024-05-04 19:10

Adil Şükürov: “Vəziyyəti bu həddə “Sumqayıt” tərəfi çatdırdı” – VİDEO

blank
Premyer-liqa2024-05-04 18:59

Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO

blank
Premyer-liqa2024-05-04 18:23

“Kəpəz”dən “Sumqayıt”la əzmkar heç-heçə

blank
Digər idman növləri2024-05-04 17:42

Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb

blank
Digər idman növləri2024-05-04 17:20

Azərbaycan birinciliyinin qalibi müəyyənləşdi

blank
Digər idman növləri2024-05-04 17:01

Azərbaycan şahmatçısı Sloveniyada qızıl medal qazandı

blank
Digər idman növləri2024-05-04 16:47

Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb

blank
Digər idman növləri2024-05-04 16:34

Azərbaycan birinciliyinin mükafatçıları müəyyənləşib

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm