Dünya futbolu
Nağıyevin komandası elita ilə rəsmən vidalaşdı
Futbol üzrə Ukrayna Premyer Liqasında 31-ci turun oyunları ke&…
Futbol üzrə Ukrayna Premyer Liqasında 31-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Dmitri Nağıyevin komandası – "Dnepr" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Vorskla" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Start heyətdə meydana çıxan Nağıyev 81-ci dəqiqədə əvəzlənib.
"Dnepr" hazırda elitada qalmaq uğrunda mübarizə aparan ikinci altılıq komandaları arasında 22 xalla 5-ci pillədə qərarlaşıb. Bu komandadan öndə qərarlaşan "Karpatı" isə mövsümün başa çatmasına 1 tur qalmış xallarının sayını 27-ə çatdıraraq, "Dnepr" üçün əlçatmaz olub. Bu isə futbolçumuzun klubunun elita ilə rəsmən vidalaşması deməkdi.
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Digər idman növləri2024-05-09 12:52
Kramarenkonun qızı millimizdə? – “Bu, ölkəmə xəyanət olar”