Ölkə futbolu
Ərdoğandan AFFA-ya “göstəriş”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan stadion adlarında &…
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan stadion adlarında “arena” sözünün çıxarılması ilə bağlı göstəriş verib. Bu haqda “Hürriyyət” qəzeti məlumat yayıb. Artıq Türkiyə Futbol Federasiyasının saytında adında “arena” sözü olan idman qurğuları “stadion” sözü ilə əvəzlənib.
Ərdoğan bugünlərdə deyib: "Mən "arena"ların əleyhinəyəm. Arenalarda nələrin edildiyini bilirsiniz? Orada heyvanlar insanları öldürüblər. Mən nazirə göstəriş vermişəm. Biz bütün stadion adlarından bu sözü yığışdırırıq. Belə ifadə bizim dilimizdə yoxdur və olmamalıdır".
Ərdoğanın bu açıqlamasından sonra əvvəlcə "Qalatasaray" klubu öz stadionunun adından "arena" sözünü götürüb. Bundan sonra stadion "Türk Telekom Arena"nın əvəzinə "Ali Sami Yen Sports Complex Türk Telekom Stadium" adlanacaq.
Bu gün isə məlum olub ki, “Beşiktaş”ın “Vodafone Arena” stadionu “Vodafone Stadyum”, “Aytemiz Alanyaspor”un “Bahçeşehir Okulları Arena” stadionu “Bahçeşehir Okulları Stadyum”, 1-ci liqada yarışan “Şanlıurfaspor”un “GAP Arena” stadionu isə “GAP Stadyum” adları ilə əvəzlənib.
Əslində, bu, bizə də işarədi. AFFA-nın qalstuklu bəylərinin gəlişindən sonra eyni tendensiya bizdə də var. Və onlar da ağına-bozuna baxmadan hətta məhəllə meydançalarını da “arena” adlandırır. “Bakcell Arena”, “Dalğa Arena”, “Bayıl Arena”, “İnter Arena”, “KapitalBank Arena”. Düzdü, heç “stadion” da bizim söz deyil, amma ümumişləkdi, qəbulolunandı. Hətta bu stadionları “meydan” da adlandırmaq olar. “Şəfa” meydanı, “Bayıl” meydanı və s.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq