Dünya futbolu
Mövsümün son matçında da oynamadı
Futbol üzrə Xorvatiya ikinci liqasında mövsümün …
Futbol üzrə Xorvatiya ikinci liqasında mövsümün sonuncu – 32-ci turunun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Elnur Cəfərovun komandası – "Duqopolye" də son matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Luçko" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Xeyli müddətdi oynamayan və "Duqopolye"dən tezliklə ayrılacağı iddia olunan Elnurun adı bu matçın da iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Duqopolye" geridə qalan turlarda topladığı 46 xalla mövsümü 12 klub arasında 6-cı pillədə başa vurub.