Dünya futbolu
Dəniz Yılmazın klubu elitanı tərk edə bilər
Futbol üzrə Türkiyə Super Liqasında 33-cü turun oyun…
Futbol üzrə Türkiyə Super Liqasında 33-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın komandası – "Bursaspor" da növbəti matçına çıxıb.
Bursa klubu doğma meydanda "Gənclərbirliyi" ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Əsas komandadan uzaqlaşdırılan Yılmazın adı bu görüşün də iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Bursaspor" hazırda 35 xalla 18 klub arasında 15-ci pillədə qərarlaşıb. Bu komanda son turda da uduzacağı halda 33 xalla 16-cı olan "Rizəspor" bursalıları elitadan uzaqlaşdırmış olacaq.