Ölkə futbolu
“Barsa” onu saxladı
“Barselona” rəhbərliyi komandanın daha bir əsas heyət…
“Barselona” rəhbərliyi komandanın daha bir əsas heyət üzvü ilə yeni müqavilə imzalayıb. Kataloniya klubu Mark-Andre ter Ştegenin sözləşməsinin müddətini uzadıb. Razılaşmaya əsasən, 25 yaşlı qolkiper 2022-ci ilə qədər “Barsa”nın formasını geyəcək.
Münhenqladbax “Borussiya”sının yetirməsi olan Ştegen 2014-cü ildən “Barselona”nın uğurları üçün çalışır. O, 2012-ci ildən dəvət aldığı Almaniya yığmasında 9 oyun keçirib.