Ölkə futbolu
“Alaves”də ayrılıq, “Selta”da təyinat
İspaniya kubokunun finalında “Barselona”ya uduzan &ldquo…
İspaniya kubokunun finalında “Barselona”ya uduzan “Alaves” baş məşqçisiz qalıb. Komandanın çalışdırıcısı Maurisio Pelleqrino postunu tərk edib.
İspaniya mətbuatına açıqlama verən 45 yaşlı məşqçi gedişi ilə bağlı qısa danışıb: “Burada özümü xoşbəxt hiss edirdim. “Alaves”də mənə kömək edən hər kəsə minnətdaram, xüsusən də futbolçulara”.
“Alaves”dən fərqli olaraq, “Selta” yeni məşqçisinə qovuşub. Xuan Karlos Unsue bu postda klubla müqaviləni artırmayan Eduardo Berissonu əvəz edib. 50 yaşlı mütəxəssis viqolularla 2 illik müqavilə imzalayıb.
Unsue" Barselona"da Luis Enrikenin köməkçisi idi. Berissoya gəlincə, onun "Sevilya"nın baş məşqçisi olacağı gözlənilir.