Ölkə futbolu
Valverdenin təyinatı rəsmiləşdi
"Barselona" yeni baş məşqçisinin adını rəsmən …
"Barselona" yeni baş məşqçisinin adını rəsmən açıqlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Gözlənildiyi kimi, bir neçə gün əvvəl "Atletik"dən ayrılan Ernesto Valverde baş məşqçi təyin edilib. Onunla iki illik müqavilə imzalanıb.
Ernesto Valverde futbolçu kimi 1988-1990-cı illərdə "Barselona"da çıxış edib. O, həmin vaxt "Kral Kuboku"nu və UEFA Kuboklar Kubokunu qazanıb.
53 yaşlı mütəxəssis məşqçi karyerası ərzində "Atletik"dən əvvəl "Bilbao", "Espanyol", "Vilyarreal", "Valensiya" və Yunanıstanın "Olimpiakos" klublarını çalışdırıb. "Espanyol"la UEFA Kubokunda final oynayıb, "Olimpiakos"la 3 dəfə Yunanıstan çempionluğunu, 2 dəfə kubokunu qazanıb. 2015-ci ildə isə "Atletik"lə İspaniya Super Kubokuna sahib çıxıb.