Ölkə futbolu
"Başakşəhər"dən “Tottenhem”ə
"Başakşəhər"in futbolçusu Çingiz Ünde…
"Başakşəhər"in futbolçusu Çingiz Ünder "Tottenhem"ə transfer olunub. İki klub 19 yaşlı futbolçunun transferini razılaşdırıb. İngilislər bu transferə görə Türkiyə klubuna 9 milyon avro ödəyəcək.
Qeyd edək ki, Çingiz Ünder ötən ilin yayında "Altınordu"ndan "Başakşəhər"ə 700 min avroya transfer olunub. O, Super Liqa klubunun heyətində 41 rəsmi oyuna çıxıb, 9 qol vurub və 8 məhsuldar ötürmə edib.
19 yaşlı yarımmüdafiəçi Türkiyənin A millisində də debüt edib. O, Moldova və Kosova ilə qarşılaşmalarda meydana çıxıb, birincilərlə yoxlama oyununda baxımlı qola imza atıb.