Ölkə futbolu
45 ildən sonra Premyer Liqada
İngiltərə Premyer Liqasında növbəti mövsüm mü…
İngiltərə Premyer Liqasında növbəti mövsüm mübarizə aparacaq sonuncu komanda müəyyənləşib. Çempionşipin pley-off oyununda "Hadddersfild" “Ridinq”lə qarşılaşıb.
Əsas vaxtı qolsuz bitən matçın penaltilər seriyasında 4:3 hesabı ilə rəqibini məğlub edən "Haddersfild" elitaya vəsiqə qazanan sonuncu komanda olub. Bununla da, komanda 45 ildən sonra ilk dəfə yüksək liqada çıxış edəcək.
Xatırladaq ki, bundan əvvəl "Nyukasl" və "Brayton" Premyer Liqada oynamaq hüququ qazanıb.