Ölkə futbolu
Maykl O`Nil Bakıya gətirəcəyi heyəti seçdi
Şimali İrlandiya yığmasının Yeni Zelandiya ilə yoldaşlıq və …
Şimali İrlandiya yığmasının Yeni Zelandiya ilə yoldaşlıq və millimizlə DÇ-2018-in seçmə mərhələsinin oyunu üçün heyəti açıqlanıb. Baş məşqçi Maykl O`Nil 25 futbolçuya dəvət göndərib.
Qapıçılar – Maykl Makqovern ("Norviç"), Roy Kerroll ("Linfild"), Alan Mannus ("Sent Conston")
Müdafiəçilər – Qaret Makauli ("Vest Bromviç"), Conni Evans ("Vest Bromviç"), Aaron Hyuz ("Harts"), Kreyq Katkart ("Uotford"), Kris Brant ("Vest Bromviç"), Konor Maklaflin ("Flitvud Taun"), Li Hodson ("Reyncers"), Rayan Maklaflin ("Oldhem"), Adam Tompson ("Sautend Yunayted"), Daniel Lafferti ("Şeffild Yunayted"), Tom Flanaqan ("Barton Albion")
Yarımmüdafiəçilər – Stiven Devis ("Sauthempton"), Neyll Makginn ("Aberdin"), Olli Norvud ("Brayton"), Şeyn Ferqyuson ("Milluoll"), Stüart Dallas ("Lids Yunayted"), Metti Land ("Barton Albion"), Pol Paton ("Sent Conston")
Hücumçular – Kayl Lafferti ("Norviç"), Coş Magennis ("Çarlton"), Liam Boys ("Ross Kaunti"), Şey Makkartan ("Akkrinqton Stenli")
Şimali İrlandiya iyunun 2-də Yeni Zelandiya yığması ilə yoldaşlıq görüşü keçirəcək. Azərbaycanla səfər oyunu isə iyunun 10-u saat 20:00-da başlayacaq.